إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Rəvayətlərdə nəql olunur ki, hər kim Qədr gecələrini əhya saxlasa(oyaq qalıb ibadətlə keçirsə) günahları göydəlki ulduzların sayı , dağların ağırlığı və dinizlərin tutumu qədər olsa belə bağışlanar.

Qədr gecələri üçün xüsusi hacət namazı

Qədr gecələri qılınması tövsiyyə olunan hacət (İstiğfar) namazı.

Peyğəmbər(s) və imamlar(ə) həmin gecənin dəqiq vaxtını bizə söyləməyiblər. Bundan məqsəd daha çox əhya saxlamaq və Allaha ibadət etməkdir. Qədr gecəsi mübarək Ramazan ayının 19-cu, 21, 23-cü bəzi rəvayətlərə görə 27-ci gecələrindən birinə təsadüf edir.

Qədr gecəsi mübarək ramazan ayının gecələrindən birinə təsadüf edir. Qədr gecəsinin mübarək bir gün olduğu barədə Allahu-təala (c.c.) Duxan surəsində belə buyurur: “Biz Quranı mübarək bir gecədə (Qədr gecəsində) nazil etdik.” (Duxan surəsi, ayə 3)

Qarşıdan Qədr gecələri gəlir. Müsəlmanlar bu gecələri oyaq qalaraq əhya saxlayırlar.

Peyğəmbər(s) və imamlar(ə) həmin gecənin dəqiq vaxtını bizə söyləməyiblər. Bundan məqsəd daha çox əhya saxlamaq və Allaha ibadət etməkdir. Qədr gecəsi mübarək Ramazan ayının 19-cu, 21, 23-cü bəzi rəvayətlərə görə 27-ci gecələrindən birinə təsadüf edir. Qədr gecəsində əhya saxlanılıdğından (oyaq qalmaq) bu gecələrə həm də “əhya gecələri” deyilir.

Peyğəmbəri-Əkrəm (s) bir kəlamında orucun qəbul şərtləri ilə bağlı belə buyurmuşdur:

اِنَّ مَن تَمَسَّکَ فی شَهرِ رَمَضانَ بِسِتِّ خِصَالٍ غَفَرَ اللهُ لَهُ ذُنوبَهُ

“Hər kim Ramazan ayında altı xislətə sahib olarsa, Allah-Taala onun günahlarını bağışlayar...”

Mübarək Ramazan gecələrinin namazları

Ramazan ayı gecələrinin namazlarını təqdim edirik:

Ramazan ayının gündəlik duaları

Mübarək Ramazan ayının gündəlik dualarını təqdim edirik

Ramazan ayında balanslı qidalanmaya diqqət yetirilməlidir. İstilik və rütubətin artması səbəbindən orqanizmin maye ehtiyacını ödəmək üçün iftar və imsak arasındakı saatlarda 2-2,5 litr su içmək lazımdır.

İmam Əli (ə): "Bir gün Allahın Rəsulu (s) bizə xütbə söyləyən zaman buyurdu:

- Ey insanlar! Həqiqətən bərəkət, rəhmət və bağışlanmaq ayı sizə doğru gəlməkdədir. Bu ay Allahın yanında ən üstün ay, günləri ən yaxşı günlər, saatları isə ən yaxşı saatlardır. Bu ayda siz, Allahın qonaqlığına dəvət olunmusunuz və Allahın kəramətindən bəhrələnənlərin cərgəsində dayanmısınız. Bu ayda sizin nəfəsləriniz Allaha təsbih, yuxunuz ibadətdir, əməlləriniz qəbul, dualarınız müstəcəbdır…

İslam Peyğəmbəri Həzrəti Məhəmməd buyurur(s):

- Ramazan ayının hilalı görünəndə Cəhənnəmin qapıları bağlanar, Cənnətin qapıları açılar və şeytanlar zəncirlənərlər.

- Əgər bəndə Ramazan ayının qiymətini bilərsə, ilin başdan-başa Ramazan olmasını istər.

Fitrə zəkatı

Ruzi bərəkət və rəhmət ayı olan mübarək Ramazan ayına xas ibadətlərdən biri də fitrə sədəqəsidir. Fitrə Ramazan ayının başa çatması münasibətilə ödənilən zəkatdır.

23 səhifədən 112345»»»
© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!