|
|
Mübarək ramazan ayı daxil oldu - "Qədr"surəsi həm obaşdanlıq və həm də iftar zamanı oxunarsa...Bu gecə 18 fevral niyyət axşamıdır - Sabah "On bir ayın sultanı", mübarək Ramazan ayının ilk günüdür Allah-təala və mələklər səhərlər istiğfar edib obaşdanlıq(imasak) yeyənlərə salavat göndərərlər. Rəvayətlərdə qeyd olunur ki, bir içim su və ya bir xurma dənəsi ilə də olsa belə mübarək Ramazan ayında İmsak(obaşdanlıq) yeməyi tərk olunmasın. Həmçinin hədislərdə "Qədr" surəsinin obaşdanlıq və iftar zamanı oxunması tövsiyyə olunur: "Hər kəs "Qədr"surəni həm obaşdanlıq və həm də iftar zamanı oxusa,bu iki vaxt arasında Allah yolunda qanına qəltan olunmuş şəxsin savabına yetişər." "Qədr" surəsi Quranın sayca 97-ci surəsidir. Əksər təfsirçilərin fikrincə, bu surə Məkkə şəhərində Həzrət Mühəmməd Peyğəmbərə (s) nazil olmuşdur. "Qədr" surəsini oxumağın savabı barədə bunu demək kifayətdir ki, Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: "Hər kim bu surəni oxusa, ramazan ayında oruc tutmuş və əhya gecəsində oyaq qalıb ibadət etmiş şəxsin savabı qədər savab qazanar".
!
Закрытая информация, только для зарегистрированных пользователей! Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Fevral, 2026 19:17 ⁄ Çap
Bu bölmədə29 Mart, 2025 Mübarək Ramazan ayının son gecəsinin əməlləri28 Mart, 2025 Fitrə zəkatı nə qədər çıxarılmalıdır |
Xəbər lenti
18 Fevral, 2026 19:17
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |