|
Qədr gecələrinin müştərək əməlləriPeyğəmbər(s) və imamlar(ə) həmin gecənin dəqiq vaxtını bizə söyləməyiblər. Bundan məqsəd daha çox əhya saxlamaq və Allaha ibadət etməkdir. Qədr gecəsi mübarək Ramazan ayının 19-cu, 21, 23-cü bəzi rəvayətlərə görə 27-ci gecələrindən birinə təsadüf edir. Qədr gecəsləri məğrib azanından sübə qədər oyaq qalıb (əhya saxlayıb) ibadət etmək tövsiyyə olunur. Qədr gecəsində müəyyən miqdar sədəqə çıxarılması və ya ayrılması xüsusi tövsiyyə olunan əməllərdəndir. Bu gecə hamıya haqqınızı halal edəsiz, Sizə pislik edən hər kəsi bağışlayasız ki, Allah da Sizə rəhmət nəzəri ilə baxsın. Qədr gecələri üçün müştərək olan əməllər aşağıdakılardır: - Qüsl etmək. Qüsl edərkən niyyət edilməlidir: «Əhya gecəsinin qüslünü edirəm qürbətən ilallah». Bu qüslün böyük savabı vardır., şam və xiftən namazlarını həmin qüsuldan sonra qılmaq - Əhya saxlamaq (şam azanından sübh azanına qədər oyaq qalıb ibadətlə məşğul olmaq. Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmağın mənası budur ki, insan Quranı qarşılayaraq deyir: «İlahi, sən bu gecə mənə Quran nazil edirsən və mən də bu gecə səhərə qədər oyaq qalıb onu qarşılayıram.» - Quran oxumaq - Peyğəmbər(s) və onun Əhlibeytinə(ə) çoxlu salavat göndərmək. Salavat belə deyilir: "Allahummə salli əla Muhəmməd və ali-Muhəmməd" [tərcümə: "İlahi, Həzrət Məhəmmədə və onun pak soyuna xeyir-bərəkət ver"] Qədr gecəsinin xüsusi namazını qılmaq Namaz iki rükətlidir, hər rükətdə “Fatihə” surəsindən sonra yeddi dəfə “İxlas” surəsi oxunulur. Namaz bitdikdən sonra dərhal səcdəyə gedib yetmiş dəfə “Əstəğfirullahə və ətubu ileyh” (Allahdan günah və xətalarıma görə üzr diləyir və ona tərəf qayıdıram) deyilməlidir. İmam Sadiq (ə) buyurur: «Hər kəs bu namazı qıldıqdan sonra səcdəyə gedib yetmiş dəfə «Əstəğfirullahə və ətubu iləyh» deyərsə, səcdədən qalxmamış Allahu-təala (c.c.) onun özünün və ata-anasının günahlarını bağışlayar.» - Quranı açıq halda qarşısına qoyub, aşağıdakı duanı oxumaq sonra isə Allahdan istəyini diləmək: اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِكِتَابِكَ الْمُنْزَلِ وَ مَا فِيهِ وَ فِيهِ اسْمُكَ الْأَكْبَرُ وَ أَسْمَاؤُكَ الْحُسْنَى وَ مَا يُخَافُ وَ يُرْجَى أَنْ تَجْعَلَنِي مِنْ عُتَقَائِكَ مِنَ النَّارِ. [Allahummə inni əs’əlukə bi kitabikəl-munzəli və ma fihi və fihismukəl-əkbəru və əsmaukəl-husna və ma yuxəfu və yurca ən təc’ələni min utəqaikə minənnar] “İlahi, nazil etdiyin Kitaba, onun içində olanlara, onun içindəki ən uca adına və gözəl adlarına, onun içində qorxudan və ümidverici şeylərə Səni and verirəm ki, məni cəhənnəm atəşindən azad edəsən”. Quranı başa qoyub aşağıdakı duanı oxumaq: اللَّهُمَّ بِحَقِّ هَذَا الْقُرْآنِ وَ بِحَقِّ مَنْ أَرْسَلْتَهُ بِهِ وَ بِحَقِّ كُلِّ مُؤْمِنٍ مَدَحْتَهُ فِيهِ وَ بِحَقِّكَ عَلَيْهِمْ فَلا أَحَدَ أَعْرَفُ بِحَقِّكَ مِنْكَ [Allahummə bihəqqi hazəl-Quran və bi həqqi mən ərsəltəhu bihi və bi həqqi kulli mu’minin mədəhtəhu fihi və bi həqqikə əleyhim fəla əhədə ə’rafu bihəqqikə minkə] “İlahi, bu Qurana və bu Quranı göndərənə xatir, bu Quranda mədh etdiyin bütün möminlərə xatir və Sənin onların üzərindəki haqqına xatir ki, Səndən başqa Sənin haqqını tanıyan yoxdur”. (10 dəfə) بِكَ يَا اللَّهُ Bikə ya Allah! [Özünə xatir, ilahi!] (10 dəfə) بِمُحَمَّدٍ Bi Muhəmmədin! [Muhəmmədə (s) xatir!] (10 dəfə) بِعَلِيٍّ Bi Əliyyin! [Əliyə xatir] (10 dəfə) بِفَاطِمَةَ Bi Fatimətə! [Fatiməyə xatir!] (10 dəfə) بِالْحَسَنِ Bil-Həsəni! [Həsənə xatir!] (10 dəfə) بِالْحُسَيْنِ Bil-Huseyni! [Hüseynə xatir] (10 dəfə) بِعَلِيِّ بْنِ الْحُسَيْنِ Bi Əliyyibnil-Huseyni! [Hüseynin oğlu Əliyə (İmam Səccada) xatir] (10 dəfə) بِمُحَمَّدِ بْنِ عَلِيٍّ Bi Muhəmməd ibni Əliyyin! [Əlinin oğlu Muhəmmədə (İmam Baqirə) xatir] (10 dəfə) بِجَعْفَرِ بْنِ مُحَمَّدٍ Bi Cəfər ibni Muhəmməd! [Muhəmmədin oğlu Cəfərə (İmam Sadiqə) xatir] (10 dəfə) بِمُوسَى بْنِ جَعْفَرٍ Bi Musəbni Cəfər! – [Cəfərin oğlu Musaya (İmam Kazıma) xatir] (10 dəfə) بِعَلِيِّ بْنِ مُوسَى Bi Əliyyibni Musa! [ Musanın oğlu Əliyə (İmam Rzaya) xatir] (10 dəfə) بِمُحَمَّدِ بْنِ عَلِيٍّ Bi Muhəmməd ibni Əliyyin! [Əlinin oğlu Muhəmmədə (İmam Cavada) xatir] (10 dəfə) بِعَلِيِّ بْنِ مُحَمَّدٍ Bi Əliyyibni Muhəmməd! –[Muhəmmədin oğlu Əliyə (İmam Hadiyə) xatir] (10 dəfə) بِالْحَسَنِ بْنِ عَلِيٍّ Bil-Həsən inbni Əliyyin! [Əlinin oğlu Həsənə (İmam Həsən Əskəriyə) xatir] (10 dəfə) بِالْحُجَّةِ Bil-Huccəti! [Höccətə (İmam Sahibəzzamana) xatir]
- Duanın bu yerində Allahdan öz istəklərinizi diləyin. İmam Hüseyn(ə) ziyarətnaməsini oxumaq: السَّلامُ عَلَيْكَ يَا ابْنَ رَسُولِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا ابْنَ أَمِيرِ الْمُؤْمِنِينَ السَّلامُ عَلَيْكَ يَا ابْنَ الصِّدِّيقَةِ الطَّاهِرَةِ فَاطِمَةَ سَيِّدَةِ نِسَاءِ الْعَالَمِينَ السَّلامُ عَلَيْكَ يَا مَوْلايَ يَا أَبَا عَبْدِ اللَّهِ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ أَشْهَدُ أَنَّكَ قَدْ أَقَمْتَ الصَّلاةَ وَ آتَيْتَ الزَّكَاةَ وَ أَمَرْتَ بِالْمَعْرُوفِ وَ نَهَيْتَ عَنِ الْمُنْكَرِ وَ تَلَوْتَ الْكِتَابَ حَقَّ تِلاوَتِهِ وَ جَاهَدْتَ فِي اللَّهِ حَقَّ جِهَادِهِ وَ صَبَرْتَ عَلَى الْأَذَى فِي جَنْبِهِ مُحْتَسِبا حَتَّى أَتَاكَ الْيَقِينُ أَشْهَدُ أَنَّ الَّذِينَ خَالَفُوكَ وَ حَارَبُوكَ وَ الَّذِينَ خَذَلُوكَ وَ الَّذِينَ قَتَلُوكَ مَلْعُونُونَ عَلَى لِسَانِ النَّبِيِّ الْأُمِّيِّ وَ قَدْ خَابَ مَنِ افْتَرَى لَعَنَ اللَّهُ الظَّالِمِينَ لَكُمْ مِنَ الْأَوَّلِينَ وَ الْآخِرِينَ وَ ضَاعَفَ عَلَيْهِمُ الْعَذَابَ الْأَلِيمَ أَتَيْتُكَ يَا مَوْلايَ يَا ابْنَ رَسُولِ اللَّهِ زَائِرا عَارِفا بِحَقِّكَ مُوَالِيا لِأَوْلِيَائِكَ مُعَادِيا لِأَعْدَائِكَ مُسْتَبْصِرا بِالْهُدَى الَّذِي أَنْتَ عَلَيْهِ عَارِفا بِضَلالَةِ مَنْ خَالَفَكَ فَاشْفَعْ لِي عِنْدَ رَبِّكَ اَلسَّلَامُ عَلَيْكَ يَا حُجَّةَ ٱللَّهِ فِي أَرْضِهِ وَ سَمَائِهِ، صَلَّى ٱللَّهُ عَلَى رُوحِكَ ٱلطَّيِّبِ وَ جَسَدِكَ ٱلطَّاهِرِ، وَ عَلَيْكَ ٱلسَّلَامُ يَا مَوْلَايَ وَ رَحْمَةُ ٱللَّهِ وَ بَرَكَاتُهُ. Əssəlamu əleykə yəbnə Rəsuləllah, əssəlamu əleykə yəbnə Əmirəl-muminin, əssəlamu əleykə yəbnəs Siddiqəti Tahirəti Fatimə Seyyidəti-nisail-aləmin, əssəlamu əleykə ya məulaya ya Əba Əbdillah və rəhmətullahi və bərəkətuh. Əşhədu ənnəkə qəd əqəmtəs-səlah və əteytəz-zəkah və əmərtə bil-məruf və nəhəytə ənil munkər və təlautəl-Kitabə həqqə tilavətih və cahədtə fillahi həqqə cihadih və səbərtə ələl-əza fi cənbihi muhtəsibən hətta ətakəl-yəqin. Əşhədu ənnəl-ləzinə xaləfukə və harəbukə vəl-ləzinə xəzəlukə vəl-ləzinə qətəlukə məl-ununə əla lisanin-Nəbiyyi-ummi və qəd xabə məniftəra ləənallahuz-zaliminə ləkum minəl əvvəlinə vəl-axirin və za-əfəl əleyhimul əzabəl-əlim. Əteytukə ya Məulayə yəbnə Rəsulillah zairən, arifən bi həqqik, muvaliyən li əuliyaik, muadiyən li ə-daik, mustəbsirən bil-hudəlləzi əntə əleyhi arifən bi zəlaləti mən xaləfəkə fəşfə-li ində Rəbbik. Əssəlamu əleykə ya huccətallahi fi arzihi və səmaih. Sallal-lahu əla ruhikət-teyyib və cəsədukət-tahir. Və əleykəssalam ya məulayə və rəhmətullahi və bərəkatuh”. “Salam olsun sənə, ey Peyğəmbər oğlu. Salam olsun sənə, ey Möminlər sərvərinin (Əlinin) oğlu. Salam olsun sənə, ey qadınlar sərvəri ... Fatimənin oğlu. Allahın salamı, rəhmət və bərəkəti üzərinə olsun, mənim mövlam Əba Əbdillah. Mən şahidəm ki, sən namazı dirçəltdin, zəkatı əda etdin, gözəlliklərə dəvət etdin, pisliklərdən çəkindirdin, Quranı həqiqi tilavəti ilə tilavət etdin, Allah yolunda həqiqi cihadla cihad etdin, Allaha xatir əzab-əziyyətə səbr... etdin ta ki, ölüm sənə üz tutdu. Mən şahidəm ki, sənə müxalif olanlar, səninlə savaşanlar, sənə yardım etməyənlər, səni qətlə yetirənlər... Peyğəmbərin lənət oxuduğu kəslərdir... Allah sizə zülm edənlərin birincisindən axrıncısına qədər hamısına lənət eləsin. Ey mənim ağam, ey Peyğəmbər balası! Sənin haqqını tanıdığım, dostlarınla dost, düşmənlərinlə düşmən olduğum bir halda ziyarətinə gəldim. Mənə Rəbbinin yanında şəfaət ver. Salam olsun sənə, ey Allahın yer və göydə hüccəti (dəlili). Allahın salam və xeyir bərəkəti olsun təmiz ruhuna və pak cisminə.Ey mənim mövlam, Allahın salam, rəhmət və bərəkəti üzərinə olsun”. Həzrət Əli Əkbərin (ə) ziyarəti: السَّلامُ عَلَيْكَ يَا مَوْلايَ وَ ابْنَ مَوْلايَ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ لَعَنَ اللَّهُ مَنْ ظَلَمَكَ وَ لَعَنَ اللَّهُ مَنْ قَتَلَكَ وَ ضَاعَفَ عَلَيْهِمُ الْعَذَابَ الْأَلِيمَ [Əssəlamu əleykə ya məulayə vəbnə məulay və rəhmətullahi və bərəkətuh. Ləənəllahu mən zələməkə və ləənəllahu mən qətələkə və zaəfə əleyhim əl-əzabəl-əlim] “Allahın salamı, rəhmət və bərəkəti üzərinə olsun, ey ağamın oğlu olan ağam. Allahın lənəti olsun sənə zülm edən və səni qətlə yetirənlərə... Allah onların əzablarını artırsın”. Kərbəla şəhidlərinin ziyarəti: السَّلامُ عَلَيْكُمْ أَيُّهَا الصِّدِّيقُونَ السَّلامُ عَلَيْكُمْ أَيُّهَا الشُّهَدَاءُ الصَّابِرُونَ أَشْهَدُ أَنَّكُمْ جَاهَدْتُمْ فِي سَبِيلِ اللَّهِ وَ صَبَرْتُمْ عَلَى الْأَذَى فِي جَنْبِ اللَّهِ وَ نَصَحْتُمْ لِلَّهِ وَ لِرَسُولِهِ حَتَّى أَتَاكُمُ الْيَقِينُ أَشْهَدُ أَنَّكُمْ أَحْيَاءٌ عِنْدَ رَبِّكُمْ تُرْزَقُونَ فَجَزَاكُمُ اللَّهُ عَنِ الْإِسْلامِ وَ أَهْلِهِ أَفْضَلَ جَزَاءِ الْمُحْسِنِينَ وَ جَمَعَ بَيْنَنَا وَ بَيْنَكُمْ فِي مَحَلِّ النَّعِيمِ. [Əssəlamu əleykum eyyuhəs-siddiqun, əssəlamu əleykum eyyuhəş-şuhədaus-sabirun, əşhədu ənnəkum cahədtə fi səbilillah və səbərtum əlal-əza fi cənbillah və nəsəhtum lillah və li Rasulihi hətta ətakumul-yəqin. Əşhədu ənnəkum əhyəun ində Rabbikum turzəqun, fəcəzakumullahu ənil İslam və əhlihi əfzələ cəzail-muhsinin, və cəmə-ə bəynəna və bəynəkum fi məhəllin-nəim] “Salam olsun Sizə, ey ən düz danışanlar! Salam olsun Sizə, ey səbirli şəhidlər! Şahidəm ki, Siz Allah yolunda cihad etdiz, Allah yolunda əziyyətlərə səbr etdiz və ölüm Sizə üz tutmayınca Allaha və Peyğəmbərinə yaxşılıq etdiz. Şahidəm ki, Siz dirisiniz və Rəbbiniz yanında ruzidən faydalanırsız. Allah Sizə İslam və onun əhli üzündən xeyirxahların ən üstün mükafatını versin. Allah bizi və Sizi naz-nemət məkanında bir araya gətirsin. Həzrət Əbəlfəzlin(ə) ziyarəti: السَّلامُ عَلَيْكَ يَا ابْنَ أَمِيرِ الْمُؤْمِنِينَ السَّلامُ عَلَيْكَ أَيُّهَا الْعَبْدُ الصَّالِحُ الْمُطِيعُ لِلَّهِ وَ لِرَسُولِهِ أَشْهَدُ أَنَّكَ قَدْ نَصَحْتَ وَ صَبَرْتَ حَتَّى أَتَاكَ الْيَقِينُ لَعَنَ اللَّهُ الظَّالِمِينَ لَكُمْ مِنَ الْأَوَّلِينَ وَ الْآخِرِينَ وَ أَلْحَقَهُمْ بِدَرْكِ الْجَحِيمِ . [Əssəlamu əleykə yəbnə Əmirəl-mu-minin, əssəlamu əleykə eyyuhəl-əbdus-salih əl muti-u lillah və lirəsulih. Əşhədu ənnəkə qəd nəsəhtə və səbərtə hətta ətakəl yəqin. Ləənallahu zaliminə ləkum minəl əvvəlinə vəl axirin vəl-həqəhum bi dərkil-cəhim] “Salam olsun sənə, ey Möminlər sərvərinin oğlu. Salam olsun sənə, ey Allaha və Peyğəmbərinə itaət edən saleh bəndə! Şahidəm ki, sən ölənə qədər xeyir iş gördün və səbr etdin. Allah Sizə zülm edənlərin birincisindən axrıncısına qədər lənət eləsin və onları cəhənnəmə bağlasın”. - Həzrət Mehdinin (ə) zühuru üçün bolluca dua etmək. Fərəc duasının oxunması اَللّـهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِه في هذِهِ السَّاعَةِ وَفي كُلِّ ساعَة وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاًوَعَيْنا حَتّى تُسْكِنَهُ اَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً Duanın oxunuşu: Əllahummə kulli vəliyyikəl-Huccətibnil-Həsən, sələvatukə ələyhi və əla abaih, fi hazihis-saəh, və fi kulli saəh, vəliyyən və hafiza, və qaidən və nasira, və dəlilən və əyna, hətta tuskinəhu ərzəkə təv`a, və tuməttihəu fiha təvila. Duanın tərcüməsi: İlahi! Sənin cаnişinin Hüccət ibnil-Həsənə (imam Zaman (ə)) – ona və əcdadına salam və salavatın olsun, indi və hər bir an himayəçi, közətçi, rəhbər, köməkçi, yolgöstərən və qoruyucu ol. O vaxta qədər ki, öz mәslәhәtinlә onu yer üzündə sakin edəsən və onu uzun müddət bəhrələndirəsən. - Cövşən-Kəbir duasını oxumaq
Qədr gecəsinin fəzilətləri, gecənin digər əməl və tövsiyyələri mövcuddur.Onlarla tanış olmaq üçün xüsusi dua kitabına müraciət edə bilərsininiz.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Mart, 2024 11:10 ⁄ Çap
Bu bölmədə9 Aprel, 2024 Fitrə zəkatı nə qədər çıxarılmalıdır9 Aprel, 2024 Mübarək Ramazan ayının son gecəsinin əməlləri30 Mart, 2024 “Qədr Gecəsi” oxunmasına cənnət vəd olunan iki surə |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |