|
|
Ramazan ayının 6 xüsusiyyətiPeyğəmbəri-Əkrəm (s) bir kəlamında orucun qəbul şərtləri ilə bağlı belə buyurmuşdur: اِنَّ مَن تَمَسَّکَ فی شَهرِ رَمَضانَ بِسِتِّ خِصَالٍ غَفَرَ اللهُ لَهُ ذُنوبَهُ “Hər kim Ramazan ayında altı xislətə sahib olarsa, Allah-Taala onun günahlarını bağışlayar...” Allah-Taala Ramazan ayında oruc tutanlardan altı zəmanət istəyir. Hər kim həmin onları təqdim edə bilsə, Allah-Taala da onun günahlarını bağışlayacaq və tutduğu orucunun savab və mükafatının nə qədər olduğunu da Allah-Taaladan başqa heç kim bilməyəcək. Həmin altı sənəd və zəmanət bunlardan ibarətdir:
- أن یَحفَظَ دینَهُ – Birinci şərt odur ki, oruc tutan insan dinini qorumalı, dini və etiqadının zəifləməsinə səbəb olan amilləri aradan qaldırmalıdır. - وَ یَصُونَ نَفسَه – İkincisi odur ki, öz nəfsini qorumalı, özünü kontrolda saxlamalı, küçə-bazarlarda özünü fitnə-fəsadlar və ona üz tutan günahlar dalğası müqabilində möhkəm dayanmağı bacarmalıdır. - وَ یَصِلَ رَحِمَهُ – Üçüncüsü odur ki, qohum-əqrəbasına baş çəkməli, kin-küdurətlərə son qoyub yaxınları ilə əlaqəni möhkəmləndirməlidir. - وَلا یُؤذِیَ جَارَهُ – Dördüncü odur ki, qonşularını incitməməlidir. - وَ یَرعَی إخوانَهُ – Beşincisi odur ki, insanların hüquqlarını gözləməli, riayət etməldir. - وَ یَخزُنَ لِسَانَهُ – Altıncısı isə odur ki, ki, dilini (dil günahlarından) qorumalıdır. (“Mustədrəkul-vəsail”, c.7, səh.370.)
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Mart, 2025 14:55 ⁄ Çap
Bu bölmədə19 Mart, 2026 Fitrə zəkatı nə qədər çıxarılmalıdır18 Mart, 2026 Mübarək Ramazan ayının son gecəsinin əməlləri |
Xəbər lenti
18 Fevral, 2026 19:17
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |