|
Ramazan ayı - İmsak, ifatr və namazlardan sonra oxunan gündəlik dualarİmam Əli (ə): "Bir gün Allahın Rəsulu (s) bizə xütbə söyləyən zaman buyurdu: - Ey insanlar! Həqiqətən bərəkət, rəhmət və bağışlanmaq ayı sizə doğru gəlməkdədir. Bu ay Allahın yanında ən üstün ay, günləri ən yaxşı günlər, saatları isə ən yaxşı saatlardır. Bu ayda siz, Allahın qonaqlığına dəvət olunmusunuz və Allahın kəramətindən bəhrələnənlərin cərgəsində dayanmısınız. Bu ayda sizin nəfəsləriniz Allaha təsbih, yuxunuz ibadətdir, əməlləriniz qəbul, dualarınız müstəcəbdır… Rəvayətlərdə qeyd olunur ki, bir içim su və ya bir xurma dənəsi ilə də olsa belə mübarək Ramazan ayında İmsak(obaşdanlıq) yeməyi tərk olunmasın. Allah-təala və mələklər səhərlər istiğfar edib obaşdanlıq(imasak) yeyənlərə salavat göndərərlər. Həmçinin hədislərdə "Qədr" surəsinin obaşdanlıq(imsak) və iftar zamanı oxunması tövsiyyə olunur: "Hər kəs "Qədr"surəni həm obaşdanlıq və həm də iftar zamanı oxusa,bu iki vaxt arasında Allah yolunda qanına qəltan olunmuş şəxsin savabına yetişər." "Qədr" surəsi Quranın sayca 97-ci surəsidir. Əksər təfsirçilərin fikrincə, bu surə Məkkə şəhərində Həzrət Mühəmməd Peyğəmbərə (s) nazil olmuşdur. "Qədr" surəsini oxumağın savabı barədə bunu demək kifayətdir ki, Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: "Hər kim bu surəni oxusa, ramazan ayında oruc tutmuş və əhya gecəsində oyaq qalıb ibadət etmiş şəxsin savabı qədər savab qazanar". İftar duası “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Ya vasiəl-məğfirəti iğfirli”. Tərcümə: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!” Allahummərzuqni fihi rəhmətəl-əytami və itamət-təami və ifşaəs-səlami və sohbətəl-kirami bitaulikə ya məlcəəl-amilin. Tərcümə: Allahım bu ayda mənə yetimlərə mehribançılığı, aclara təam verməyi, salamı aşkar etməyi və kəramət əhli ilə oturub-durmağı nəsib et, ətalarına хatir, ey arzu edənlərin sığınacağı. Ramazan ayında gündəlik vacib namazlardan sonra oxunması tövsiyyə olunan iki dua
- Ya Əliyyu, ya Əzim, ya Ğəfuru, ya Rəhim Əntər-rəbbul-əzim Əlləzi, leysə kəmislihi şəy Və huvəs-səmiul-bəsir Və haza şəhrun, əzzəmtəhu və kərrəmtəhu və şərrəftəhu və fəzzəltəhu ələş-şuhur Və huvə şəhrul-ləzi fərəztə siyaməhu əley və huvə şəhru Rəməzan Əlləzi ənzəltə, fihil Qur’an, hudənl lin-nasi və bəyyinatin minəl huda və furqan Və cəəltə fihi leylətəl qədr və cəəltəhə xəyrən min əlfi şəhr Fə ya zəl-məni və la yumənnu əleyk Munnə əleyyə bi fəkaki rəqəbəti minənnar Və ədxilnil cənnəh,bi Rəhmətikə ya Ərhəmər-Rahimin Tərcümə: “Ey Uca, ey Əzəmətli, Ey Bağışlayan, ey Mərhəmətli Sən misli olmayan, eşidən və görən əzəmətli Rəbbsən. Və bu, həmin aydır ki, onu digər aylardan əzəmətli, kəramətli, şərafətli və fəzilətli etdin. Və bu, həmin aydır ki, onda oruc tutmağı mənə vacib etdin. Bu, Ramazan ayıdır. O ay ki, haqqı nahaqqdan ayıran və hidayət üçün aydın dəlil olan Quranı onda nazil etdin. Min aydan daha xeyirli etdiyin Qədr gecəsini də bu ayda qərar verdin. Ey minnət sahibi,sənə minnət qoyulmaz! Mənə minnət göstərilən bəndələrinin dəstəsində minnət qoymaqla əzabdan azad etməklə minnət qoy. Məni cənnətə daxil et, ey rəhm edənlərin ən rəhmlisi! Belə isə, ye o kəs ki, minnət qoyur, lakin ona minnət qoyulmaz! Cəhənnəm atəşindən azad edib cənnətə daxil etməklə mənə minnət qoy! ” اَللّهُمَّ اَدْخِلْ عَلی اَهْلِ الْقُبُورِ السُّرُورَ اَللّهُمَّ اَغْنِ کُلَّ فَقیرٍ اَللّهُمَّ اَشْبِعْ کُلَّ جایِعٍ اَللّهُمَّ اکْسُ کُلَّ عُرْیانٍ اَللّهُمَّ اقْضِ دَیْنَ کُلِّ مَدینٍ اَللّهُمَّ فَرِّجْ عَنْ کُلِّ مَکْرُوبٍ اَللّهُمَّ رُدَّ کُلَّ غَریبٍ اَللّهُمَّ فُکَّ کُلَّ اَسیرٍ اَللّهُمَّ اَصْلِحْ کُلَّ فاسِدٍ مِنْ اُمُورِ الْمُسْلِمینَ اَللّهُمَّ اشْفِ کُلَّ مَریضٍ اَللّهُمَّ سُدَّ فَقْرَنا بِغِناکَ اَللّهُمَّ غَیِّرْ سُوءَ حالِنا بِحُسْنِ حالِکَ اَللّهُمَّ اقْضِ عَنَّا الدَّیْنَ وَاَغْنِنا مِنَ الْفَقْرِ اِنَّکَ عَلی کُلِّشَیءٍ قَدیرٌ Allahummə ədxil əla əhlil quburis-surur, Allahummə əğni kullə fəqir, Allahummə əşbi kullə cai, Allahumməksu kullə uryan, Allahumməqzi dəynə kulli mədin, Allahummə fərric ən kulli məkrub, Allahummə ruddə kullə ğərib, Allahummə fukkə kullə əsir, Allahummə əslih kullə fasidin min umuril muslimin, Allahumməşfi kullə məriz, Allahummə suddə fəqrəna bi ğinak, Allahummə ğeyyir suə halina bi husni halik Allahumməqzi ənnəddəynə və əğnina minəl fəqr İnnəkə əla kulli şəy'in qədir Tərcümə: “İlahi qəbr əhlinə sevinc göndər, İlahi, bütün fəqirləri zəngin et! İlahi, bütün acları doyuzdur! İlahi, bütün paltarsızları geyindir! İlahi, bütün borcluların borcunu qaytar! İlahi, bütün qəmlərə son qoy! İlahi, bütün qəribləri vətəninə qaytar! İlahi, bütün əsirləri azad et! İlahi, müsəlmanların hər işində fəsadı islah et! İlahi, bütün xəstələrə şəfa ver! İlahi, yoxsulluğumuzu öz zənginliyinlə aradan apar! İlahi, pis halımızı öz yaxşı halınla əvəz et! İlahi, borclarımızı ödə və fəqirliyimizi ehtiyacsızlıqla əvəz et! Həqiqətən Sən hər şeyə qadirsən!”
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Mart, 2024 11:52 ⁄ Çap
Bu bölmədə9 Aprel, 2024 Fitrə zəkatı nə qədər çıxarılmalıdır9 Aprel, 2024 Mübarək Ramazan ayının son gecəsinin əməlləri30 Mart, 2024 “Qədr Gecəsi” oxunmasına cənnət vəd olunan iki surə |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |