|
• Dünyada 14 İyul, 2015 Məsciddə açılmış iftar süfrəsində terror aktı Əfqanıstanın Pul-i Humri şəhərindəki məsciddə açılmış iftar süfrəsi zamanı partlayıcı qurğunun işə salınması nəticəsində terror aktı törədilib Ahlibeyt.az-ın İslamazeri -yə istinadən məlumatına görə,Əfqanıstanın şimalındakı Bağlan vilayətinin mərkəzi Pul-i Humri şəhərindəki məsciddə iftar saatlarında meydana gələn partlayışda 25 nəfər yaralanıb. Əfqanıstan Daxili İşlər Nazirliyinin Təhlükəsizlik rəhbəri general Əyyub Salangi sosial media vasitəsilə etdiyi açıqlamada partlayışın Pul-i Humri məscidinin həyətində iftar hazırlığı aparan onlarla adamın arasında baş verdiyini qeyd edib. Terror aktında ikisi qadın olmaqla, 25 nəfərin yaralandığını qeyd edən Salangi yaralıların xəstəxanaya aparıldığını açıqlayıb. Hadisənin baş verdiyi iftar süfrəsində şəhərin şura vəkillərinin də olduğu bildirilib. Terror aktında məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib. |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |