إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Müsəlmanlar Moskva küçələrinə axışdı - Video

Bayram ənənəsinə uyğun olaraq müsəlmanlar məscidlərdə birgə dua etmək üçün yığışıblar.

Ahlibeyt.az-ın AnsPress-ə istinadən verdiyi xəbərə görə, Rusiyanın paytaxtı Moskvada minlərlə müsəlman Ramazan Bayramı ilə əlaqədar küçələrə çıxıb.

Bayram ənənəsinə uyğun olaraq müsəlmanlar məscidlərdə birgə dua etmək üçün yığışıblar. Rəsmilər bayraam namazı ilə bağlı məscidlərə 300 min  insanın gələcəyini proqnozşlaşdırılar. Moskva vilayətində isə bu rəqəmin 80 min olacağı bildirilmişdi.

 

qatılıb.

Paytaxt küçələrinə toplaşan müsəlmanların təhlükəsizliyini təmin etmək məqsədi ilə 4 min polis əməkdaşı əraziyə cəlb olunub.

Bayramla əlaqədar paytaxtda nəqliyyat vasitələrinin istiqamətləri də dəyişdirilib. Bundan başqa, bu gün Moskva vaxtı ilə səhər 04:00-dən 11:00-ə qədər məscidlərə yaxın ərazilərə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Bayram günü yalnız nəqliyyatın hərəkəti deyil, açıq-saçıq reklam lövhələrinin yayımı da məhdudlaşdırılıb. Moskva meriyası məscidlərə yaxın yerlərdə quraşdırılmış bu qəbilədən olan reklam stendlərini söküb.

Artıq Rusiya Müftilər Şurasının (RMŞ) başçısı Ravil Qaynutdin bayram münasibətilə müsəlmanları təbrik edib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 İyul, 2015  17:36 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!