إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Dünya ölkələri Ramazan bayramını nə vaxt qeyd edir

Xəbər verdiyimiz kimi, Azərbaycanda Fitr bayramının namazı sabah, iyulun 18-də qılınacaq. Bəs dünyada Fitr bayramı nə vaxt qeyd olunur?

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,  İslam.az-ın əldə etdiyi məlumata əsasən  bu gecə, yəni iyulun 16-dan 17-nə keçən gecə dünyanın heç bir nöqtəsindən nüfuzlu mənbələr tərəfindən faktiki olaraq Ayın müşahidə olunması haqqında məlumat daxil olmayıb. Hətta müşahidəçilər bildiriblər ki, iyulun 15-də İndoneziya ərazisində yerləşən "Əssalam" observatoriyasından köhnə Ayı müşahidə ediblər.

Məlumatda bildirilir ki, İran, Pakistan, Hind yarımadası müsəlmanları, Oman, İraqın şiə hissəsi isə bu gün Ramazanın 30-nu elan ediblər və oruclarını davam etdirəcəklər. Bayram namazı isə sabah qılınacaq.

Avstraliya - Ay qitənin heç bir ərazsində müşahidə edilməyib. (Dr. Şabbir Əhməd - Sidney, mühəndis Manzur Mian - Melburn). Buna baxmayaraq Baş müfti bayramı iyulun 17-nə təyin edib.

Bruney, Darəssəlam - Ay görünməyib. Ölkə prezidenti, Bruney Dini Şurasının rəsmi qərarı ilə bayram 18 iyula təyin edilib.

Qana - Ay görünməyib. Ay Komitəsinin qərarı ilə bayram 18 iyula təyin edilib.

İndoneziya - Rəsədxananın rəsmi məlumatına görə heç bir vasitə ilə Ay görünməyib, hava küləkli, amma aydın olub. Dini İşlər Nazirliyinin qərarı ilə bayram 17 iyula təyin edilib.

Hindistan - ay görünməyib. Ramazan davam edir.

İran - Ay görünməyib. Ramazan davam edir.

Küveyt - Ay heç bir vasitə ilə (göz, binokl, teleskop) ilə görünməyib. Bayram 17 iyula təyin edilib.

Keniya - Ay heç bir yerdən, heç bir vasitə ilə görünməyib. Keniyanın şeyxi və Şərqi Afrika Ayı müşahidə Komitəsinin qərarı ilə bayram 18 iyula təyin edilib.

Mavritaniya - Ay heç bir vasitə ilə görünməyib. Bayram 18 iyula təyin edilib.

Liviya - Ay heç bir yerdən heç bir vasitə ilə görünməyib. Digər ərəb ölkələrinin rəyinə əsasən bayram 17 iyula təyin edilib.

Mərakeş - hava tam buludlu olub, Ayı müşahidə etmək mümkün olmayıb. Bayram 17 İyula təyin edilib.

Nigeriya - Ay heç bir yerdən, heç bir vasitə ilə müşahidə olunmayıb. Bayram haqda məlumat yoxdur.

Oman - Ay heç bir vasitə ilə görünməyib. Bayram 18 iyula təyin edilib.

Filippin - Ay heç bir yerdən müşahidə olunmayıb. Məlumat yoxdur.

Səudiyyə Ərəbistanı - qeyd olunan qurumlar bu ölkədə müşahidə aparıb, lakin Ay görünməyib. Lakin Səudiyyə rəsmi informasiya agentliyinin (Saudi Press Agency) Kral Sarayına istinadən verdiyi məlumatına görə müəyyən adamlar ayı gördüyünü söyləyib. Bayram 17 iyula təyin edilib. Müşahidə aparan qurumlar isə bildiriblər ki,  orada Ayın görünməsi mümkün deyil və gördüyünü söyləyənlər "çox guman başqa bir səma cismi görüblər. Allah daha düzünü bilir".

Sinqapur - Ay müşahidə edilməyib. Amma bayram 17 iyula təyin edilib.

Cənubi Afrika Respublikası - Müşahidəçilərin hesabatına görə ekvatordan cənuba heç bir Afrika ölkəsində Ay müşahidə olunmayıb. Bayram 18 iyula təyin edilib.

Tanzaniya - Ay müşahidə edilməyib. Bayram 18 iyula təyin edilib.

Tayland - Ay müşahidə edilməyib. Amma Şeyxulislam Ayın başqa yerdə görünməsi haqda məlumata istinadən iyulun 17-sini bayram təyin edib.

Britaniya Krallığı - Ay dünyanın heç bir yerində müşahidə edilməyib. Buna görə də Britaniya və Avropa Əhli-Sünnət Camaatı Mərkəzinin qərarına əsasən bayram 18 iyula təyin edilib.

Zimbabve - Ay müşahidə edilməyib, bayram 18 iyula təyin edilib.

Dağıstan - Ay müşahidə edilməyib. Baş müftinin qərarı ilə bayram 18 iyula təyin edilib.

İspaniya - Ay müşahidə edilməyib. Bayram 18 iyula təyin edilib.

Qeyd: Burada yalnız yuxarıda adı çəkilən təşkilatların Ayın müşahidəsini apardığı ölkələr qeyd olunub. Bu təşkilatlar tərəfindən müşahidə aparılmayan, lakin bayramı 17 iyulda qeyd edən çox sayda ölkə var

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 İyul, 2015  11:30 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!