إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Gürcüstanın baş naziri ölkədə yaşayan müsəlmanlarla iftar süfrəsində görüşüb

 

Ötən axşam iftar süfrəsində baş tutan görüşdə İrakli Qaribaşvili müsəlmanları qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib.

Gürcüstan Müsəlmanlar İdarəsindən Ahlibeyt.az-a verilən məlumatda bidirilir ki, İftar axşamında Dini məsələlər üzrə dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Gürcüstan Müsəlmanlar İdarəsinin şeyxi Hacı Ramin İgidov, qərbi Gürcüstanın müftisi Hacı Beqlar Kamaşidze, şərqi Gürcüstanın müftisi Yasin Əliyev çıxış edərək Ramazan bayramı münasibətilə müsəlmanlara göstərilən diqqət və sayqıya görə baş nazirə minnətdarlıqlarını bildirdilər.

Çıxışlar zamanı ölkənin rifahı, ərazi bütövlüyü, xoş gələcəyi üçün dua edib, dünyaya sülh, əminamanlıq arzuladılar. Qarşıdan gələn Ramazan bayramı münasibəti ilə ölkə və dünya müsəlmanlarını təbrik edərək, tutulan orucların edilən dua və ibadətlərin qəbul olmasını diləyəblər.

Gürcüstan Hökümət başçısı çıxışı zamanı qeyd edib: “Gürcüstanda yaşayan müsəlmanlar ölkəmizin ayrılmaz tərkib hissəsidirlər. Tarix boyu xristianlar və müsəlmanlar birgə sülh şəraitində öz tolerantlığı ilə seçilən ölkəmizdə yaşamışlar. Bizim bir vətənimiz var. Ona görə də biz bir-birimizdən ayrı mövcud ola bilmərik, çünki həyatımız bir-birinə bağlıdır. Qloballaşma dövründə Gürcüstanda yaşayan müsəlman vətəndaşlar eyni zamanda İslam dünyası ilə əlaqə yaradan vasitədirlər… Bizim fərqli dinimiz olsa da çoxdinli və millətlilik baxımından zəngin dövlətimiz var. İnsanlar ölkədə din və vicdan azadlığına söykənərək bərabər qarşılıqlı sayqı və hörmətlə və biri-birinin dini inancına dözümlülük göstərərək birgə yaşayırlar”.

Tədbirdə müsəlman ölkələrinin səfirlikərindən gələn nümayəndələr, din və ictimaiyyət xadimləri iştirak etdi. Sonda baş nazir qonaqlarla xatirə şəkili çəkdirdi.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 İyul, 2015  12:57 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!