إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Xocalı faciəsindən bəhs edən “Sonsuz dəhliz” sənədli filmi daha iki nüfuzlu mükafata layiq görülüb

Xocalı soyqırımı haqqında litvalı rejissor Aleksandras Brokasın çəkdiyi “Sonsuz dəhliz” (“Endless Corridor”) filmi ABŞ-da keçirilmiş “Accolade Qlobal Film Competition” müsabiqəsində “Best of Show” mükafatını aldıqdan sonra bu film daha iki nüfuzlu mükafata layiq görülüb.

ahlibeyt.az-ın məlumatına görə, Avropa Azərbaycan Cəmiyyətindən bildirilib ki, Madrid və Tenerife Beynəlxalq Film festivalları “Sonsuz dəhliz” filmini “Ən yaxşı sənədli film” və Aleksandras Brokası “Ən yaxşı sənədli film rejissoru” nominasiyası üzrə qalib elan edib.

Filmin beynəlxalq uğuruna sevinən A.Brokas bu münasibətlə deyib: “Filminə bu cür böyük beynəlxalq diqqətin olması onu göstərir ki, filmdə nəql edilən hekayələr heç kəsi biganə qoya bilməz. Tarixin ağrılı dərsləri, nəhayət, öyrənilməli, ondan ibrət dərsi götürülməli və Xocalı faciəsi heç vaxt təkrarlanmamalıdır.

“Accolade” nəşrinin mükafatı beynəlxalq kino sənayesində çox nüfuzlu mükafatlardan biridir. Müsabiqənin münsifləri Hollivudun məşhur film yaradıcılarıdır. Onlar, həmçinin “Emmi” və “Oskar” (Akademiya mükafatları) mükafatları üçün keçirilən səsvermədə də iştirak edirlər. Bu mükafata layiq görülmək “Sonsuz Dəhliz” filminin 2015-ci ilin ən yaxşı sənədli filmi olması deməkdir. Bu mükafatı qazandığımıza görə bizim gələn il “Emmi” mükafatları almaq şansımız da artır”.

“Sonsuz dəhliz” filminin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində bu ilin fevral ayında İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin, Bern, Lüksemburq kimi şəhərlərdə təqdimatı keçirilib. Həmçinin Türkiyənin “Kanal 24” kanalında və Albaniyanın Milli Televiziyasında nümayiş olunub. Dünyanın aparıcı televiziya kanalları da filmi nümayiş etdirməyə hazırlaşır.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 İyul, 2015  13:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!