إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Dünya müsəlmanları Ramazanı qeyd edir - Video

Dünyanın dörd bir tərəfində Ramazan ayının sonu özünəməxsus şəkildə qeyd edilib

Dünyada yaşayan müsəlmanlar Ramazan ayının sonunu - Fitr bayramını qeyd edirlər.

Ahlibeyt.az-ın AnsTv-yə istinadən məlumatına görə, Qüdsdə xeyli sayda müsəlman İslam dinin ilk məscidlərindən sayılan Əl - Əqsada bir araya gəlib. Bayram günü münasibətilə sakinlər ən gözəl paltarlarını geyinib, bayram süfrələri açıb və dualar ediblər. Qüds sakinləri blokada şəraitində olan fələstinli qardaşlarına qovuşmağı, Fələstinin birliyini Tanrıdan təmənni ediblər.
Digər problemli ərəb dövlətləri ilə müqayisədə Misirin paytaxtı Qahirədə Ramazan bayramı daha nikbin atmosferdə keçir. Ailələr bir araya gələrək, bir-birinə hədiyyələr paylayıb, müsəlmanlar bayram namazı üçün məscidlərə axışıblar.

Misirlilər Fitr bayramını geyd edir

Dubayda Ramazan bayramı ilə əlaqədar yoxsul və aztəminatlı ailələrə ərzaq yardımı paylamaq ənənəsinə xarici vətəndaşlar da qoşulub. Əmirliyin bir neçə restoranı gün ərzində tikinti sahələrində çalışan fəhlələr üçün iftar süfrəsi təşkil edib. Ərzaq yardımı təşəbbüsünə gündən-günə daha çox könüllü qoşulur. Fitir günündə isə təşkilatçılar yardım proqramını daha da genişlədərək, onlara müxtəlif hədiyyələr, geyim və ayaqqabı paylayıb.

ABŞ-ın Nyu York şəhərində də müsəlmanlar Ramazan ayının sonunu özünəməxsus şəkildə qeyd edib. Yüzlərlə insan Manhetendə yerləşən Əqsa-Salam məscidi qarşısına toplaşaraq bayram namazını qılıb. Namazdan əvvəl bayram xütbəsilə çıxış edən İmam Süleyman Konat İslamın sülh dini olduğunu bir daha xatırladıb. O Tenesi ştatında baş vermiş silahlı insidentin “İslamın adına” yazılmasının yolverilməz olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, cümə axşamı Tenesi ştatında Küveyt əsilli bir gənc hərbi hissəyə avtomobillə hücum edib. Avtomobildən açılan atəş nəticəsində 4 dənizçi qətlə yetirilib.
Dünyada yaşayan müsəlmanlar Ramazan ayının sonunu - Fitr bayramını qeyd edirlər.

ANS TV-nin məlumatına görə, Qüdsdə xeyli sayda müsəlman İslam dinin ilk məscidlərindən sayılan Əl - Əqsada bir araya gəlib. Bayram günü münasibətilə sakinlər ən gözəl paltarlarını geyinib, bayram süfrələri açıb və dualar ediblər. Qüds sakinləri blokada şəraitində olan fələstinli qardaşlarına qovuşmağı, Fələstinin birliyini Tanrıdan təmənni ediblər.

Əl - Əqsa məscidi

Digər problemli ərəb dövlətləri ilə müqayisədə Misirin paytaxtı Qahirədə Ramazan bayramı daha nikbin atmosferdə keçir. Ailələr bir araya gələrək, bir-birinə hədiyyələr paylayıb, müsəlmanlar bayram namazı üçün məscidlərə axışıblar.

Misirlilər Fitr bayramını geyd edir
Foto : AP

Dubayda Ramazan bayramı ilə əlaqədar yoxsul və aztəminatlı ailələrə ərzaq yardımı paylamaq ənənəsinə xarici vətəndaşlar da qoşulub. Əmirliyin bir neçə restoranı gün ərzində tikinti sahələrində çalışan fəhlələr üçün iftar süfrəsi təşkil edib. Ərzaq yardımı təşəbbüsünə gündən-günə daha çox könüllü qoşulur. Fitir günündə isə təşkilatçılar yardım proqramını daha da genişlədərək, onlara müxtəlif hədiyyələr, geyim və ayaqqabı paylayıb.

ABŞ-ın Nyu York şəhərində də müsəlmanlar Ramazan ayının sonunu özünəməxsus şəkildə qeyd edib. Yüzlərlə insan Manhetendə yerləşən Əqsa-Salam məscidi qarşısına toplaşaraq bayram namazını qılıb. Namazdan əvvəl bayram xütbəsilə çıxış edən İmam Süleyman Konat İslamın sülh dini olduğunu bir daha xatırladıb. O Tenesi ştatında baş vermiş silahlı insidentin “İslamın adına” yazılmasının yolverilməz olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, cümə axşamı Tenesi ştatında Küveyt əsilli bir gənc hərbi hissəyə avtomobillə hücum edib. Avtomobildən açılan atəş nəticəsində 4 dənizçi qətlə yetirilib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 İyul, 2015  16:33 Çap

Bu bölmədə

© 2024 .Bütün hüquqlar qorunub.