إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

“Milli mənəvi dəyərlər və müasirlik” mövzusunda yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

İyulun 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Şurası ilə birgə “Milli-mənəvi dəyərlər və müasirlik” mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında elan etdiyi yazı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Ahlibeyt.az-ın məlumatına görə,Mərasimdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, BDU-nun professoru, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri, əməkdar jurnalist Cahangir Məmmədli, DQİDK-nın sədr müavinləri və şöbə müdirləri, həmçinin, KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov mətbuatda mili-mənəvi dəyərlərin qorunması mövzusuna geniş yer ayrılmasının vacibliyindən danışıb. May ayının 1-dən iyunun 1-nə qədər keçirilmiş müsabiqədə jurnalistlərin fəal iştirak etdiyini bildirən Mətbuat Şurasının sədri bu müddət ərzində müsabiqəyə 45 müəllif tərəfindən yazı təqdim edildiyini vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan mətbuatının yaranmasının 140 illiyi münasibətilə jurnalistləri təbrik edərək, mətbuatın cəmiyyətin həyatındakı rolunu dövlətçilik maraqlarının, milli-mənəvi dəyərlərin qorunması baxımından yüksək dəyərləndirib.

Milli-mənəvi, dini dəyərlərimizin təbliğində KİV nümayəndələrinin əməyini yüksək qiymətləndirən Mübariz Qurbanlı bu cür müsabiqələrin mütəmadi keçiriləcəyini vurğulayıb.


Tədbirdə“Milli-mənəvi dəyərlər və müasirlik” mövzusunda keçirilən müsabiqənin qalibləri elan edilib və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qaliblərə - I yer “Azərbaycan” qəzeti – Rəşad Cəfərli 1000 manat, II yer “525-ci qəzet” – İsgəndər Həsənov və “Kaspiy” qəzeti – Şəfayət Salah 700 manat, III yer “İki sahil”qəzeti – Orxan İsrafilov, “Yeni Azərbaycan” qəzeti – Nurlan Qələndərov, qazilər.az saytı – Rəsmiyyə Qarayeva 500 manat, 10 nəfərin hər birinə isə 100 manat məbləğində həvəsləndirici mükafatlar ilə bərabər müqəddəs Qurani-Kərim və Ulu Öndər Heydər Əliyevin mili-mənəvi dəyərlərlə bağlı çıxışlarının yer aldığı “Heydər Əliyev siyasəti. Tolerantlıq” kitabı hədiyyə edilib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 İyul, 2015  20:44 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!