إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Moskvada beynəlxalq Quran festivalı keçirilir (VİDEO)

Rusiyanın paytaxtında baş tutan festivalda Quranla bağlı sənət əsərləri və müqəddəs kitabın öyrənilməsi üçün yeni texnologiyalar nümayiş etdirilir

Moskvada Quran festivalı keçirilir. Ahlibeyt.az-ın Anstv-yə istinadən məlumatına görə, İranın Rusiyadakı səfirliyi və Rusiya Müftülər Şurasının birgə təşkilatçılığı ilə Moskvada fəaliyyətə başlayan I Quran Festivalında İran, Azərbaycan, Tacikistan, Türkiyə, Qazaxıstan və Hindistan kimi ölkələr iştirak edir.

Quranla bağlı yeniliklər, bir-birindən maraqlı sənət əsərləri, xəttatlıq nümunələri, uşaq və boyüklər üçün Quran təfsirləri, Quranı dinləmək və öyrənmək üçün yeni texnologiyalar, Müsəlman geyimləri və filmlərin nümayiş edildiyi festival böyük marağa səbəb olub.

Azərbaycan stendində isə həm Cənubi, həm də Şimali Azərbaycandan olan sənətkarların Quranla bağlı əl işləri nümayiş olunur.

İranın Azərbaycandakı səfirliyinin nümayəndəsi Seyid İbrahim İbrahimi Quranın orucluqda nazil olduğunu deyir. O bildirib ki, festivaldakı ayələr, tablolar hamısı əl işidir.

Festivalda xüsusi marağa səbəb olan eksponat isə Təbrizdən gətirilən və azərbaycanlı sənətkarların əməyinin məhsulu olan “Allah sevgisi” xalçasıdır.

İranın Rusiyadakı Səfirliyinin nümayəndəsi Hüseyin Təbatəbai festivaldakı xalçanın bənzərsizliyinin səbəbini onun 6 ay ərzində İranın ən yaxşı 6 xalça ustasının fasiləsiz əməyi nəticəsində ərsəyə gəldiyini açıqladı. Təmiz ipəkdən hazırlanan səhifələrin hər iki üzündə Quran ayələri yazılıb. Səbir və Allaha sonsuz sevgi hissi olmadan bu xalçanı ərsəyə gətirmək mümkün olmadığı üçün onu “Allah sevgisi” xalçası adlandırıblar.

Festival iyulun 17-dək davam edəcək.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 İyul, 2015  20:16 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!