إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İraq ordusu tərəfindən 130 İŞİD silahlısı məhv edilib - VİDEO

İraqın hərbi aviasiyası Anbar əyalətində sutka ərzində 130 İŞİD qruplaşmasının silahlısını məhv edib.

Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə,Tass agentliyinin yayımladığı xəbərdə bildirilir ki, bu barədə İraqın Müdafiə nazirliyi açıqlama yayıb.

“Hərbi-Hava Qüvvələrinin endirdiyi zərbələr nəticəsində Əl-Haldiyə şəhəri ətrafında 60 ekstremist, 14 nəqliyyat vasitəsi və 8 hərbi istehkam, Ər-Ramadi şəhərində isə 70 terrorçu məhv edilib”, məlumatda bildirilir.

Qeyd edək ki, iyulun 13-də İraqın hərbi komandanlığı İŞİD-in Anbar vilayətindəki mövqelərinə  doğru hücuma keçib. Keçirilən əməliyyatın əsas hədəfi terrorçuların nəzarəti altında olan  Ər-Ramadi və Əl-Faluca şəhərləridir.

">

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 İyul, 2015  17:21 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!