|
|
|
Oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub. Ermənistan silahlı qüvvələrinin bölmələri ilə guya İstisu yaşayış məntəqəsi istiqamətində mövqe atışmaları nəticəsində Azərbaycan Ordusunun bölmələrinin itki verərək geri çəkilməsi və mövqe dəyişikliyi barədə Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinə istinadən yayılan məlumat yalandır. Oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş keçirilib. Cari ilin doqquz ayı ərzində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən 292 müəllifin (hüquq sahibinin) və hüquqi şəxsin 412 əsəri qeydiyyatdan keçirilib. XIX əsrdə yaşamış Eyyub ağa çar Rusiyası dövründə orduda qulluq edən və sonralar ehtiyatda olan polkovnik olub. Gözləri tutulduqdan sonra isə ordudan təxris olunur və Ağstafanın Dağkəsəmən kəndinə gəlir. Burada kənd cammatı üçün öz hesabına məscid inşa etdirmək barədə qərar verir. Tikintidə dövrün ən mahir ustaları iştirak edir və qırmızı çiy kərpicdən istifadə olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sifarişi ilə hazırlanan “Unudulmazlar” saytı və mobil tətbiqinin təqdimatı olub. Oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərinə işgüzar səfərə gəlib. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası “START-2023” adlı film layihəsi müsabiqəsi elan edib. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 31-də İndoneziyaya səfərə yola düşür. BMT Baş Assambleyasının Birinci Komitəsi ilkin səsvermədən sonra İsrailin nüvə silahlarından imtina etməyə və nüvə infrastrukturunu MAQATE-yə verməli olduğu qətnamə qəbul edib. Rusiya Soçi sammitinin Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasında irəliləyişə kömək edəcəyinə ümid edir. Bu gün Türk xalqının tarixində yeni dövr açan hadisə - Türkiyə Cümhuriyyətinin elan edilməsindən 99 il ötür. Oktyabrın 28-də Özbəkistanın Səmərqənd şəhərində Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının 54-cü plenar iclası keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova iclasda çıxış edib. Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının dəstəyi ilə Rusiyanın Sankt-Peterburq şəhərində “Nizami Gəncəvi – 880” adlı elmi məqalələr toplusu işıq üzü görüb. Oktyabrın 27-də Birləşmiş Millətlər Təşkilatı-Azərbaycan tərəfdaşlığının 30-cu ildönümünə həsr olunmuş BMT günü tədbiri keçirilib. Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il yanvarın 1-i saat 06:00-dək uzadılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də BMT Baş katibinin müavini və BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovayanı qəbul edib. Oktyabrın 27-də Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin audiovizual media üzrə tənzimləyici orqanlarının birinci toplantısı keçirilir. |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |