|
|
İlahiyyat İnstitutunda Ebru sənəti kursları təşkil edilirAzərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Ebru sənəti kursları təşkil edilir.
Ahlibeyt.az xəbər verir ki, bu barədə İnstitutun mətbuat xidmətinin məlumatında bildirilib. Ödənişsiz təşkil olunan kurslarda Aİİ-nin tələbələri iştirak edirlər. Su üzərində rəsm sənəti kimi böyük şöhrət qazanmış ebrunun tarixi çox qədimdir. Ebruda istifadə olunan bütün boyalar torpaqdan əldə edilir. Ebru sənətinin bir neçə növü vardır. Bunlardan ən məşhuru sənətkarın adı ilə bağlı olan Battal üsuludur. Məlumat üçün bildiririk ki, ali təhsil müəssisəsi tələbələrin dünyagörüşlərinin, intellektual səviyyələrinin, mənəvi dünyalarının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, mütaliə, sosial məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən, fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində ardıcıl seminarlar, konfranslar, görüşlər və kurslar təşkil edir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Noyabr, 2022 13:16 ⁄ Çap
Bu bölmədə18 Oktyabr, 2026 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |