1 Noyabr, 2022
İlahiyyat İnstitutunda Ebru sənəti kursları təşkil edilir

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Ebru sənəti kursları təşkil edilir.

Ahlibeyt.az xəbər verir ki, bu barədə İnstitutun mətbuat xidmətinin məlumatında bildirilib.

Ödənişsiz təşkil olunan kurslarda Aİİ-nin tələbələri iştirak edirlər.

Su üzərində rəsm sənəti kimi böyük şöhrət qazanmış ebrunun tarixi çox qədimdir. Ebruda istifadə olunan bütün boyalar torpaqdan əldə edilir. Ebru sənətinin bir neçə növü vardır. Bunlardan ən məşhuru sənətkarın adı ilə bağlı olan Battal üsuludur.

Məlumat üçün bildiririk ki, ali təhsil müəssisəsi tələbələrin dünyagörüşlərinin, intellektual səviyyələrinin, mənəvi dünyalarının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, mütaliə, sosial məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən, fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində ardıcıl seminarlar, konfranslar, görüşlər və kurslar təşkil edir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-12092.html