|
|
Sən oxudun, onlar da oxusun! - "İrşad"ın kitab toplama kampaniyası davam edir VİDEOAzərbaycanda fəaliyyət göstərən ən böyük mağaza şəbəkələrindən "İrşad" bir ay əvvəl “Sən oxudun, onlar da oxusun” kitab toplama kampaniyasına qoşulanlar sayəsində yığılan kitabları Astara rayonunun Toradi və Sərək kənd tam orta məktəblərinə çatdırıb. Ahlibeyt.az xəbər verir ki, Bakı və Gəncədə yerləşən 7 mağazada yerləşdirilən xüsusi səbətlərə müştərilər tərəfindən ianə edilmiş kitablar seçilərək balaca sahiblərinə və məktəbin kitabxanasına təhvil verilib. Bir ay ərzində yalnız səbət yerləşdirilən mağazalara yox, digər bölgələrdə mövcud İrşad mağazalarına yaxınlaşan və kitab ianə edənlər də olub. Bu səbəbdən İrşad layihəni dekabrın sonuna qədər davam etdirəcək. Əgər sizin də kitab azlığı olan bölgələrdə məktəblilərin kitablarla təmin olunmasına dəstək olmaq istəyirsinizsə aşağıda qeyd olunan mağazalardakı səbətlərə sadəcə kitabları ianə edə bilərsiniz. Qeyd olunan ünvanlarla bərabər sizə ən yaxın İrşad mağazasına kitablarınızı ianə etməyiniz də mümkündür.
Qeyd edək ki, İrşadın Kitab Gəzər ilə başlatdığı layihənin məqsədi kitab azlığı olan bölgələrdə məktəblilərin maariflənməsi və oxu qabiliyyətinin inkişafı üçün kitablarla təmin etməkdir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Noyabr, 2022 16:40 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |