|
|
|
“Fransa tərəfindən oxşar vəziyyət Vətən müharibəsindən əvvəl də müşahidə edilirdi. Ancaq həmin sənədin təsir qüvvəsi Senatın divarlarından kənara çıxmadı”. Senat tərəfindən qəbul edilən və hər hansı hüquqi qüvvəyə malik olmayan bu qətnamə, sülh prosesinə öz töhfəsini vermək niyyətini bəyan etmiş ölkə kimi Fransanın növbəti dəfə qərəzli və birtərəfli siyasi mövqeyini bariz şəkildə nümayiş etdirir. Noyabrın 13-ü axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəli Prezidenti Rəcəb Tayyib Ərdoğana İstanbulda törədilmiş terror aktı ilə bağlı başsağlığı verib. Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, Türkiyə polisi bazar günü İstanbulun İstiqlal küçəsinə insan ölümü ilə nəticələnən terror aktında şübhəli bilinən şəxsi saxlayıb. Noyabrın 15-də Fransa Senatında Azərbaycan əleyhinə qətnamə müzakirə olunacağı gün azərbaycanlılar aksiya keçirəcək. Noyabrın 11-də Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Müasir Yaradıcılığa Dəstək” İctimai Birliyinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Qərbi Zəngəzur: əsirlikdə olan Azərbaycan abidələri - rəsm müsabiqəsi və sərgisinin təşkili” layihəsinin növbəti maarifləndirmə tədbiri keçirilib. Bakı Konqres Mərkəzində Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, UNICEF-in Azərbaycandakı nümayəndəliyi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Intern Academy 2022” layihəsinin açılış tədbiri keçirilib.
Mədəniyyət Nazirliyi bu il UNESCO-nun qeyri-maddi irs siyahısına salınmaq üçün 4 fərqli nominasiya təqdim edib. Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (ВДНХ) “Azərbaycan” pavilyonunda Zəfər və Bayraq günləri münasibətilə “Şuşa, sən azadsan!” sənədli filmi nümayiş etdirilib. Fransada yaşayan Azərbaycan icması Fransa Senatının 6 üzvünün Azərbaycana qarşı təqdim etdiyi qətnamə layihəsini sərt şəkildə pisləyib. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub. BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyi, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman Aparatı və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən 20 Noyabr - Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş kampaniya çərçivəsində Medianın İnkişafı Agentliyində (MEDİA) uşaqlarla görüş keçirilib. Noyabrın 11-də Özbəkistan keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşünün yekunlarına dair Səmərqənd Bəyannaməsi imzalanıb. Bu gün 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür. Azərbaycanın Konstitusiyasının qəbulundan 27 il ötür.
|
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |