|
Xarici jurnalistlərə maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmi haqqında ingilis dilində nəşr edilən kitablar təqdim edilibDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı noyabrın 28-də Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə ölkəmizə səfər edən xarici jurnalistlərlə görüşüb. Ahlibeyt.az-ın Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Komitənin dəvəti ilə ölkəmizə səfər edən xarici jurnalistlər - “Gurevich Communications” şirkətinin rəhbəri Roman Gurevich, “El Español” onlayn jurnalının direktor müavini Alberto Daniel Prieto Davila, “La Vanguardia” və “La Razón” qəzetlərinin müxbiri Ofer Laszewicki, “SIC”, “La Vanguardia” və “Mediaset España” media qurumlarının Orta Şərq üzrə müxbiri Paul Manuel Sanchez Keighley, yəhudi kinematoqraf, həmçinin İspaniya, Portuqaliya, Fransa, Argentina və digər ölkələrin mediasında məqalələri dərc olunan jurnalist Yair Cymerman ilə görüşüb. Mübariz Qurbanlı xarici jurnalistlərə ölkəmizdə mövcud olan dini durum, dinlərarası harmoniya və Komitənin fəaliyyəti barədə ətraflı məlumat verib. Azərbaycan əhalisinin əksər hissəsinin müsəlman olduğunu qeyd edən Komitə sədri ölkəmizdə müxtəlif dini konfessiyaların əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini deyib. Diqqətə çatdırıb ki, müstəqilliyimizin bərpasından sonra tolerantlıq və multikulturalizm mühitinin daha da güclənməsində ulu öndər Heydər Əliyevin böyük xidmətləri olub və bu siyasət dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Jurnalistləri maraqlandıran mövzular ətrafında davam edən görüşün sonunda qonaqlara DQİDK-nın ölkəmizdəki dini tolerantlıq mühiti və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmi haqqında ingilis dilində nəşr etdirdiyi kitablar təqdim edilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Noyabr, 2022 10:34 ⁄ Çap
Bu bölmədə18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |