|
BDU-da “Smart kitabxana” konsepsiyasına dair müzakirələr aparılıbBakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə ”Smart kitabxana” konsepsiyası ilə bağlı elmi seminar keçirilib. Ahlibeyt.az-ın xəbərinə görə, bu barədə BDU-dan mətbuata verilən açıqlamada bildirilib. Elmi seminarda BDU-nun Kitabxanaşünaslıq kafedrasının dosenti, texnika üzrə fəlsəfə doktoru Nazlı Həsənova mövzu ilə bağlı məruzə edib. Araşdırmada kitabxanaların keçdiyi təkamül mərhələləri barədə məlumat verilib, müasir dövrdə İKT texnologiyalarının kitabxana işinə tətbiqinin üstünlükləri, yeni nəsil kitabxanaların xarakterik xüsusiyyətləri şərh olunub. Bildirilib ki, “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin əsas ideyası xidmət sahələrini və obyektləri vahid sistemdə birləşdirib idarə etməkdən ibarətdir. Bu mənada həmin konsepsiyanın kitabxana işinə tətbiqi, smart kitabxanaların qurulması səmərəli nəticələr verə bilər. Məruzədə “Smart kitabxana” konsepsiyası intellektual platforma kimi təqdim edilib, “Ağıllı kitabxana”lara verilən müxtəlif təriflər şərh olunub. Qeyd edilib ki, “Ağıllı kitabxana”lar rəfləri, çap kitabları olmayan, böyük serverləri, rəqəmsal arxivləri olan kitabxanalardır. Belə kitabxanalar radiotezlik identifikasiyası vasitələrinə, standart beynəlxalq İnteqrasiya edilmiş Kitabxana İdarəetmə Sistemi (ILMS), axtarış alətləri, web-OPAC, Standart Rəqəmsal Proqram təminatına (Dspace/E-Print) malikdir. Araşdırmada mobil texnologiyalar, kabelsiz sistemlər, RFİD, LED, “İnternet of things” texnologiyaları, verilənlərin intellektual analizi vasitələri, standart və protokolların kitabxanalara tətbiqi məsələləri barədə məlumatlar verilib. Elmi seminar müzakirələrlə davam etdirilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Noyabr, 2022 12:10 ⁄ Çap
Bu bölmədə25 Yanvar, 2023 Xalça Muzeyində Mədəni irsə yeni baxış” sərgisi açılıb24 Yanvar, 2023 XIN: Ermənistana qarşı qaldırılan əsas iddia sənədi Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edilib24 Yanvar, 2023 “Düşün və yarat” adlı yaradıcılıq müsabiqəsi elan olunub |
Xəbər lenti
25 Yanvar, 2023 12:06
24 Yanvar, 2023 11:35
22 Yanvar, 2023 19:14
11 Yanvar, 2023 08:30
5 Yanvar, 2023 12:42
|
© 2023 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |