|
|
Əqli Mülkiyyət Agentliyi: Bu il 110 müəllifin 145 əsəri elektron qaydada qeydiyyatdan keçirilibCari ilin doqquz ayı ərzində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən 292 müəllifin (hüquq sahibinin) və hüquqi şəxsin 412 əsəri qeydiyyatdan keçirilib. Ahlibeyt.az Agentliyə istinadən xəbər verir ki, onlardan 110 müəllifin 145 əsəri elektron qaydada qeydiyyatdan keçirilmişdir. Qanunvericiliyə uyğun olaraq, ölkəmizdə müəlliflik hüququ ilə qorunan məhsullara nəzarət markalarının tətbiqi, o cümlədən Azərbaycan ərazisinə idxal olunan mallara nəzarət markalarının vurulması istiqamətində Agentlik tərəfindən digər dövlət qurumları ilə müvafiq iş aparılır. 2022-ci ilin doqquz ayı ərzində Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi tərəfindən istifadəçilərə 100 min ədədə yaxın nəzarət markası verilib. Nəzarət markalarının əldə edilməsi üçün müraciət edən qurumlar arasında Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi, Dövlət Statistika Komitəsi, Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi də var.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Oktyabr, 2022 13:40 ⁄ Çap
Bu bölmədə9 Dekabr, 2025 Bakıda “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı keçirilib 20 Sentyabr, 2025 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli |
Xəbər lenti
9 Dekabr, 2025 10:56
27 Sentyabr, 2025 11:10
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |