31 Oktyabr, 2022
Əqli Mülkiyyət Agentliyi: Bu il 110 müəllifin 145 əsəri elektron qaydada qeydiyyatdan keçirilib

Cari ilin doqquz ayı ərzində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən 292 müəllifin (hüquq sahibinin) və hüquqi şəxsin 412 əsəri qeydiyyatdan keçirilib.

Ahlibeyt.az Agentliyə istinadən xəbər verir ki, onlardan 110 müəllifin 145 əsəri elektron qaydada qeydiyyatdan keçirilmişdir.

Qanunvericiliyə uyğun olaraq, ölkəmizdə müəlliflik hüququ ilə qorunan məhsullara nəzarət markalarının tətbiqi, o cümlədən Azərbaycan ərazisinə idxal olunan mallara nəzarət markalarının vurulması istiqamətində Agentlik tərəfindən digər dövlət qurumları ilə müvafiq iş aparılır.

2022-ci ilin doqquz ayı ərzində Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi tərəfindən istifadəçilərə 100 min ədədə yaxın nəzarət markası verilib. Nəzarət markalarının əldə edilməsi üçün müraciət edən qurumlar arasında Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi, Dövlət Statistika Komitəsi, Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi də var.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-12084.html