|
|
Medianın İnkişafı Agentliyi fərdi jurnalist müsabiqəsi elan edirMedianın İnkişafı Agentliyi fərdi jurnalist müsabiqəsi elan edib. Ahlibeyt.az-ın Agentliyə istinadən məlumatına görə, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.4-cü maddəsinə əsasən jurnalist anlayışı ilə əhatə olunan şəxslər müsabiqədə iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilir. Müsabiqənin yekununda yazılar üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə 5 jurnalist, süjetlər üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə isə 2 jurnalist və 2 operator qalib elan edilir və mükafatlandırılır. Müraciət üçün son tarix 15 noyabrdır. Müsabiqə barədə daha ətraflı məlumatı Agentliyin rəsmi internet saytından (media.gov.az) əldə etmək mümkündür. Qeyd edək ki, Fərdi jurnalist müsabiqəsi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən jurnalistlərin peşakarlıq və məsuliyyətinin artırılması, o cümlədən sosial müdafiəsinə yönəldilmiş tədbirlərin həyata keçirilməsi, media nümayəndələrinin fərdi bacarıqlarının təkmilləşdirilməsi, dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində jurnalistlərin potensialından səmərəli istifadə olunması, jurnalist tədqiqatlarının aparılmasının stimullaşdırılması məqsədilə dövri olaraq həyata keçirilir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Noyabr, 2022 09:04 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |