|
|
Eyyubağa məscidi sovetlər dövründə taxıl anbarı kimi istifadə olunub VİDEO - FOTOXIX əsrdə yaşamış Eyyub ağa çar Rusiyası dövründə orduda qulluq edən və sonralar ehtiyatda olan polkovnik olub. Gözləri tutulduqdan sonra isə ordudan təxris olunur və Ağstafanın Dağkəsəmən kəndinə gəlir. Burada kənd cammatı üçün öz hesabına məscid inşa etdirmək barədə qərar verir. Tikintidə dövrün ən mahir ustaları iştirak edir və qırmızı çiy kərpicdən istifadə olunub. Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, Ağstafa rayonunun Dağkəsəmən kədindəki məscid XIX əsrin əvvəllərində inşa edilib. Binanın içərisi buxarılardan ibarətdir. Binanın tikilişi 8 guşəli formadadır. Eyyubağa məscidi uzun müddət məscid kimi fəaliyyət göstərsə də sovetlər dövründə taxıl anbarı kimi istifadə olunub. 1989-1990-cı illərdə yerli sakinlərin təşəbbüsü sayəsində məscidin fəaliyyəti bərpa edilib. Eyyub ağanın məzarı isə məscidin həyətində yerləşir. 30 metr hündürülüyü olan binanın təmirə ehtiyacı yaranıb. Kənd sakini Eldar İsmayılov deyir ki, məsciddə yağış zamanı tavandan su damır: “Yaxşı olardı ki, aidiyyəti qurumlar tərəfindən bu abidə təmir edilərdi”, - deyə o bildirib. Azərbaycan Resbulikası Nazirlər Kabinetinin 2001-ci il tarixli qərarı ilə məscid binası Mədəniyyət Naziriliyi tərəfindən tarixi abidə kimi qorunur. Kənd sakinlərinin ibadət ocağı olan bu binanın səliqə-səhmanı yerli camaatın daxili imkanları hesabına təmir olunsa da aidiyyəti qurumlar tərəfindən abidənin əsaslı təmirinə böyük ehtiyac var. “Məsciddə ibadət edən şəxslərdən biriyəm. Bu kəndimizin qədim abidələrindən biridir. Məscidin uçma təhlükəsi var. düşünürük ki, burada ciddi təmir işləri aparılmalıdır”,- deyə kənd sakini Elnur Hacıyev əlavə edib. Qeyd edək ki, Məscid Eyyub ağa tərəfindən inşa etdirilən məscid binası öz orjinal formasını günümüzədək qoruyub saxlayıb. Divarları bişmiş kərpiclə inşa edilib. Məscidin hündürlüyü 30 metrə yaxın, günbəzi isə dörd tağ üzərində dayanıb. Tağvari formada olan mehrabının hündürlüyü isə 3,5 metrdir. Məscidin bir giriş qapısı və altı pəncərəsi var. Günbəzin diametri 7 metrdir. Sonuncu dəfə məsciddə bərpa işləri təxminən 32 il öncə aparılıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Oktyabr, 2022 13:04 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |