إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Gulf News agentliyinin m'lumat;na əsasən, layihə artıq 85% həyata keçirilib. Yeni eko məscid qeyri-adi dizaynına görə digər müsəlman ibadət ocaqlarından fərqlənir. Bu dizayn elektrik enerjisi xərclərinin xeyli azalmasına səbəb olacaq. Binada temperatur müasir texnologiyaların hesabına təmin olunacaq. Özüqaralan şüşələr günəş şüalarının içəriyə daxil olmasını məhdudlaşdıracaq, binanın inşasında istifadə edilmiş unikal materiallar isə məscidin içərisində sərinliyin saxlanılmasını təmin edəcək. Məscidin yerləşdiyi ərazidə günəş batareyalarının quraşdırılacağı ehtimal olunur. Burada istifadə edilən məişət, hətta yağış suyu təmizlənəcək. Bir müddət sonra təkrar buxar istehlak və suvarma üçün istifadə olunacaq. Layihə rəhbərlərindən biri Tayeb əl-Rais "Gulf News"a bildirib ki, sözügedən bina Dubayda ən böyük məscid olacaq. Belə ki, onun ərazisi 10 min, binanın sahəsi isə 4,2 min kvadratmetrdir. İlkin hesablamalara əsasən, məscidə eyni anda 3500 mömin toplaşa biləcək. Qeyd edək ki, Dubay rəhbərliyi yeni məscidin beynəlxalq aləmdə tanınacağına və Birləşmiş Ərəb Əmirliklərinin əsas simvolları siyahısına daxil olacağına ümid edirlər.

© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!