إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Türkiyənin Van şəhərində Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərin üçtərəfli görüşü keçirilib

Görüşdə Dağlıq Qarabağ münaqişəsi, Ukraynada və ümumilikdə regiondakı mövcud vəziyyət müzakirə olunub. Həmçinin görüş zamanı iqtisadi və siyasi vəziyyət, regional xarakterli problemlər də müzakirə obyektinə çevrilib.

Bununla yanaşı, Qafqaz və Yaxın Şərqdəki vəziyyət barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, Azərbaycanın ərazi bütövlüyü və NATO-nun regiondakı fəallığı məsələsi müzakirə mövzusu olub.

Türkiyə XİN rəhbəri bildirib ki, müzakirə mövzularından biri Ukraynadakı vəziyyət və İran İslam respublikasının nüvə proqramı üzrə danışıqlar olub.
3 ölkənin XİN rəhbərinin görüşünün yekunu üzrə qərara alınıb ki,növbəti görüş İran İslam Respublikasında keçirilsin” Qeyd edək ki, bu formatda İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin ilk görüşü İranın Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərində, ikincisi isə Azərbaycanın Naxçıvan şəhərində keçirilib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Mart, 2014  17:52 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!