إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullah Rıza Ustadi-Tarixi gerçəklər fərqli məzhəblərin heysiyyatına toxunmadan da gələcək nəsillərə çatdırıla bilər


Shafaqna-nın verdiyi xəbərə görə Qum Elmi Hövzəsinin ustadlarından olan Ayətullah Rıza Ustadi Hz.Fatimə(s.ə)nın şəhadəti münasibətiylə Tulu-i-Mehr mədəniyyət mərkəzindəki çıxışında mühüm nöqtələrə toxunaraq buyurmuşdur:

Bu qəbildən olan tədbirlərdə deyilən sözlərin sağlam qaynağı və dəlili olmalıdır.Dəlillə danışmaq eyni zamanda
imamlarımızın üslubudur.Bizlər danışıq və fəaliyyətimizdə onların önünə keçməməliyik.Çünki onlardan önə keçdiyimiz təqdirdə dediyimiz söz və əməllərimiz haqq söz və haqqa xidmətdən kənara çıxacaq.Bunlar bizim şəxsi görüşümüz və davranışımız olacaq.

İslam alimləri hətta sadəcə salavat vçevirmənin müstəhəbb olub olmadığı məsələsində belə düşüncə cavabdehliyi ilə hərəkət temişlər.Onlar rast gəldikləri istənilən bir məsələni dərhal rədd və ya qəbul etməmişlər.

Lakin əfsuslar olsun ki,bu günlər qaynağı və dəlili bəlli olmayan sözlər danışılır və bəziləri də bu sözləri təkrar edirlər.Dəfələrlə təkrar etməyimizə baxmayaraq yenə də bu tip sözləri eşidirik.Doğru olan budur ki,biz öz imamlarımız qarşısında itaətkar olmalıyıq.Bu da ancaq dinin söylədiklərini deməklə olur nə ifrata nə də təfritə yol vermək olmaz!

Şiə və Əhlisünnə vəhdətini yaradacaq tutum ortaya qoyulmalıdır.Vəhdətə zərər verəcək bəzi məsələlərin gündəmə gətirilməsi dinin baxışlarına uyğun deyil.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Aprel, 2014  16:46 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!