إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

“Gürcüstan Müsəlmanları İdarəsi”nin şeyxi qurumla bağlı verilən fətvalara münasibət bildirib

Bir müddət öncə Gürcüstanda yaşayan bir qrup müsəlman“Gürcüstan Müsəlmanları İdarəsi”nin fəaliyyəti ilə əlaqədar Ayətullah Məkarim Şirazi və Ayətullah Musəvi Ərdəbiliyə müraciət edərək qurumun fəaliyyəti ilə bağlı onların nəzərlərini(fətvalarını)yayınlamışlar.Verilən nəzərlərə əsasən

1.“Məscidlər və hüseyniyyələr müstəqil olmalı, xalqın yardımı ilə idarə olunmalıdır. Ruhanilər dövlət tərəfindən maaş və məvacib almaqdan daşınmalıdırlar.
2.Şiələr sözügedən hökumətin təmsil edilməsi məsələsində, gərək, öz müstəqilliklərini qorusunlar və şiəliyin rəhbərliyi Gürcüstan kimi hər hansı bir hökumətin təyin edə biləcəyi məsələlərdən çəkinsinlər.

Bununla bağlı Gürcüstan Müsəlmanları İdarəsi”nin (GMİ) şeyxi höccətül-islam Ramin İgidov öz münasibətini salamnews-a açıqlama verib:
O, müctəhidlər Ayətullah-uzma Məkarim Şirazi və Musəvi Ərdəbili tərəfindən rəhbərlik etdiyi qurum barədə verilən fətvalarla bağlı danışarkən adıçəkilən müctəhidlərin dəftərxanalarına edilən müraciətlərin düzgün şəkildə önə çəkilmədiyini deyib. “Gürcüstan Müsəlmanları İdarəsi" barəsində verilən sual elə bir girişlə izah olunub ki, eləcə də ətraflı və olduğu kimi məlumat verilmədiyindən onun cavabı da belə olub. Qanuna əsasən, GMİ təsisçilərinin idarənin nə dini işlərində bir rolu var, nə də müdaxiləsi.Həmçinin idarənin icraçı direktoru gürcüstanlı müsəlmandır və onun səlahiyyəti nizamnamədə göstərildiyi həddədir. İcraçı direktor dini məsələlərə müdaxilə etmir və öz səlahiyyəti çərçivəsində maliyyə və texniki məsələlərdə fəaliyyət göstərir. Dini işlərdə müsəlmanların azad olmasını bilmək üçün nizamnamədə şeyxin səlahiyyətləri bəndinə diqqət etmək kifayətdir.

Onu da qeyd etmək lazımdır ki,Gürcüstan hökuməti 2011-ci ildə ölkədə İslam dini və müsəlmanların məsələlərilə bağlı yeni idarə təsis edib və ölkədəki dini işlərin Qafqaz Müsəlmanları İdarəsinin öhdəliyində olmadığını bəyan edib.Şeyx Ramin İgidov Gürcüstan ruhanilərinin əksəriyyəti tərəfindən dəfələrlə rəhbərliyə layiq görülüb və seçkidə bölgələri təmsil edən 18 ruhani tərəfindən səs çoxluğu ilə seçilib.”

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Mart, 2014  12:33 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!