إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

kanadanın Ontario əyalətində müsəlman şagirdlər üçün ibtida məktəb

kanadanın Ontario əyalətində yeni tədris ilindən müsəlman şagirdlər üçün ibtida məktəbin açılışı nəzərdə tutulub.

Tədris müəssisəsi fərdi vəsait hesabına tikilmişdir və "Meypl Qrouv"(ağcaqayın meşəsi)adı daşıyacaq.Bir illik tədris haqqı 5000 dollar təşkil edəcək və bu məktəbdə ümumtəhsil proqramı ilə yanaşı Quran tədrisi və İslam əsasları ilə tanışlıq da nəzərdə tutulub ki,bu da Ontario rəsmi dairələri tərəfindən təsdiq edilmişdir.Kanada da bu tip məktəblər digər şəhərlərdə də mövcuddur.
Verilən xəbərə görə yerli müsəlman təşkilatlar bu məktəbin açılışı üçün 2.5 milyon dollara yaxın xərc çəkmişlər.
Qeyd edək ki,müsəlmanlar Kanada əhalisinin 3 faizə qədərini təşkil edir və statistik məlumatlara görə yalnız son 10 il ərzində bu ölkədə müsəlmanların sayı iki dəfəyə qədər artmışdır

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Mart, 2014  14:40 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!