إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Türkiyə və Qətər Beynəlxalq Quran yarışlarında iştirak edə bilməyəcək

İQNA-nın məlumatına görə Misirin Vəqflər Naziriliyi Türkiyə və Qətər nümayəndələrinin adını cari ilin aprel ayında keçiriləcək Qahirə Beynəlxalq Quran Olimpiyadası siyahısından silinməsi barədə qərar verib.

Misirin Vəqflər Naziri Məhəmməd Muxtar Cümə bu barədə jurnalistlərə etdiyi açıqlamada qeyd edib ki, “Qətər Məhəmməd Mursinin işdən kənarlaşdırılmasında və siyasi məsələlərdə Misir Respublikasının əleyhinə mövqe tutduğu üçün və Türkiyə rəsmilərinin də "Əl-Əzhər İslam Mərkəzi"ni təhqir etdikləri üçün bu iki ölkənin nümayəndələri cari ilin aprel ayında keçiriləcək Qahirə Beynəlxalq Quran Olimpiyadasında iştirak etməyə dəvət olunmayacaqlar.”

Misirin Vəqflər nazirliyi elan edib ki, indiyədək 40 ölkə Qahirə Beynəlxalq Quran Olimpiyadasında iştirak etmək üçün hazır olduqlarını bildiriblər. Bu olimpiyada Misirli və xarici Quran yarışları hakimlərinin iştirakı ilə aprel ayının 5-dən 10-dək keçiriləcək.

Məlumat üçün bildirək ki, Misirin Beynəlxalq Quran Olimpiyadası dünyanın ən məşhur Quran yarışlarından sayılır. Olimpiyada iki il ardıcıl olaraq bu ölkədəki siyasi böhrana görə keçirilmirdi.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Aprel, 2014  11:18 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!