إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Serbiya ordusunda müsəlman hərbçilərə ibadət otaqları yaradılır

World Bulleten-in verdiyixəbərə görə paytaxt Belqradda yerləşən Serbiya ordusunun Baş Qərərgahinda müsəlman hərbçilər üçün ibadət otağı(masdjid) -açılmışdır.


Qeyd edək ki, Serb müsəlmanları namaz otaqlarını "masdjid",məscidləri ise "Cameye"adlandırırlar.


Serbiya ordusu məsəlman ibadətxanasının açılış mərasimində Serbiya Baş Qərargah rəisi Lyubiş Dikoviç Serbiya müsəlmanlarının lideri Adem Zilkiç və Belqradın baş müftisi Muhammad Yusufspaxiç iştirak etmişlər.

Serbiyada ilk bele otaq Serbiya müsəlmanlarının ənənəvi çoxluq təşkil etdiyi tarixi Sancak vilayətinin Novi Pazar şəhərindəki hərbi qarnizonunda açılmışdır.

Serbiya əhalisinin 3.1 faizini müsəlmanlar təşkil edir və İslam dini ölkə üzrə provaslav və katoliklərdən sonra üçüncüdür.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Mart, 2014  17:38 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!