|
• DünyadaPakistan səfiri İranda törədilən terrora görə dövlətinin atacağı addımı açıqlayıbPakistanın Tehrandakı səfiri Rəfət Məsud ötən gün İranın Xarici İşlər Nazirliyinə çağırılmışdı. Paksitan səfiri İranın tələblərini rəsmi İslamabada çatdıracağını bildirib. Ahlibeyt.az-ın məlumatına görə, Salamnews Tabnak-ir-ə istinadla xəbər verir ki, Pakistan səfiri ötən gün Zahidan terroruna görə İran XİN-ə çağrılıb. İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi bildirib ki, ölkəsinin rəsmi etirazı və terrorla bağlı tələbləri Pakistan səfirinə çatdırılıb. Pakistan səfiri bu gün verdiyi açıqlamada bildirib ki, o tələbləri öz dövlətinə çatdıracaq və onun dövləti Zahidan terroru ilə bağlı ölçü götürəcək. Qeyd edək ki, ötən həftə İranın Sistan-Bəluçistan əyalətində Zahidan-Xaş yolunda törədilən terror aktında Sepah-ın 27 hərbçisi həyatını itirmişdi. Prezident Həsən Ruhani Soçi səfərindən öncə bəzi qonşu dövlətlərə sərhədlərinə nəzarət etməyi tövsiyə etmişdi. Həsən Ruhani bu açıqlamasında qonşu dövlətlərin hərəkətə keçməyəcəyi təqdirdə İranın hərəkətə keçmə haqqına malik olacağını bildirmişdi. Sepah komandanı Məhəmməd Əli Cəfəri də Pakistana xəbərdarlıq etmiş və “Ceyşul-Ədl”ə qarşı ciddi addımlar atmağı tələb etmişdi.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Fevral, 2019 11:47 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |