18 Fevral, 2019
Pakistan səfiri İranda törədilən terrora görə dövlətinin atacağı addımı açıqlayıb

Pakistanın Tehrandakı səfiri Rəfət Məsud ötən gün İranın Xarici İşlər Nazirliyinə çağırılmışdı. Paksitan səfiri İranın tələblərini rəsmi İslamabada çatdıracağını bildirib.

Ahlibeyt.az-ın məlumatına görə, Salamnews Tabnak-ir-ə istinadla xəbər verir ki, Pakistan səfiri ötən gün Zahidan terroruna görə İran XİN-ə çağrılıb.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi bildirib ki, ölkəsinin rəsmi etirazı və terrorla bağlı tələbləri Pakistan səfirinə çatdırılıb.

Pakistan səfiri bu gün verdiyi açıqlamada bildirib ki, o tələbləri öz dövlətinə çatdıracaq və onun dövləti Zahidan terroru ilə bağlı ölçü götürəcək.

Qeyd edək ki, ötən həftə İranın Sistan-Bəluçistan əyalətində Zahidan-Xaş yolunda törədilən terror aktında Sepah-ın 27 hərbçisi həyatını itirmişdi.

Prezident Həsən Ruhani Soçi səfərindən öncə bəzi qonşu dövlətlərə sərhədlərinə nəzarət etməyi tövsiyə etmişdi. Həsən Ruhani bu açıqlamasında qonşu dövlətlərin hərəkətə keçməyəcəyi təqdirdə İranın hərəkətə keçmə haqqına malik olacağını bildirmişdi. Sepah komandanı Məhəmməd Əli Cəfəri də Pakistana xəbərdarlıq etmiş və “Ceyşul-Ədl”ə qarşı ciddi addımlar atmağı tələb etmişdi.


 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9312.html