إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Hollandiyada ultra-sağçı siyasətçi İslamı qəbul edib

Niderland parlamentinin sabiq üzvü, ultra-sağçı Azadlıq Partiyasının (PVV) əsas siyasətçilərindən biri sayılan Yoram van Klaveren İslam dinini qəbul edib.

Hollandiya mətbuatının verdiyi məlumata görə, 39 yaşlı siyasətçi  ötən ilin oktyabrında müsəlman olub.

Ahlibeyt.az-ın məlumatına görə,Salamnews-un "Anadolu"ya istinadən verdiyi xəbərə əsasən, siyasətçi İslam əleyhinə bir kitab yazarkən din barədə oxuduğu araşdırmalarin təsirinə düşərək bu qərarı qəbul edib.

İslamı qəbul etdikdən sonra van Klaveren ultra-sağçıların siyasətini  tənqid etməyə başlayıb. O bildirib ki, müsəlmanlara qarşı hücumlar qəbuledilməzdir.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Fevral, 2019  10:43 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!