
Niderland parlamentinin sabiq üzvü, ultra-sağçı Azadlıq Partiyasının (PVV) əsas siyasətçilərindən biri sayılan Yoram van Klaveren İslam dinini qəbul edib.
Hollandiya mətbuatının verdiyi məlumata görə, 39 yaşlı siyasətçi ötən ilin oktyabrında müsəlman olub.
Ahlibeyt.az-ın məlumatına görə,Salamnews-un "Anadolu"ya istinadən verdiyi xəbərə əsasən, siyasətçi İslam əleyhinə bir kitab yazarkən din barədə oxuduğu araşdırmalarin təsirinə düşərək bu qərarı qəbul edib.
İslamı qəbul etdikdən sonra van Klaveren ultra-sağçıların siyasətini tənqid etməyə başlayıb. O bildirib ki, müsəlmanlara qarşı hücumlar qəbuledilməzdir.