|
• DünyadaAlmaniyada ultra-sağçı siyasətçi İslamı qəbul etdiAlmaniyada ultra-sağçı siyasətçilərdən biri olan Arthur Vaqner İslamı qəbul edib. Ahlibeyt.az-ın məlumatına görə, İslam.az İslam-today-a istinadla xəbər verir ki, bu qərarından sonra o, üzvü olduğu "Almaniya üçün alternativ" partiyasından istefa verib. Xatırladaq ki, 2017-ci ildə "Almaniya üçün alternativ" partiyası ilk olaraq 12,6% səs qazanaraq Bundestaqa düşüb. Seçki kampaniyası zamanı "İslama Almaniyada yer yoxdur", "İslam Almaniyanın bir hissəsi deyil" və anti-islam şüarlardan istifadə edilib. Vaqner də bu kampaniyada aktiv iştirakçı olub və kilsə və dini icmalar üçün cavabdehlik daşıyıb. Qeyd edək ki, o, rus mənşəli bir almandır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Yanvar, 2018 13:20 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |