25 Yanvar, 2018
Almaniyada ultra-sağçı siyasətçi İslamı qəbul etdi

Almaniyada ultra-sağçı siyasətçilərdən biri olan Arthur Vaqner İslamı qəbul edib.

Ahlibeyt.az-ın məlumatına görə, İslam.az İslam-today-a istinadla xəbər verir ki, bu qərarından sonra o, üzvü olduğu "Almaniya üçün alternativ" partiyasından istefa verib.

Xatırladaq ki, 2017-ci ildə "Almaniya üçün alternativ" partiyası ilk olaraq 12,6% səs qazanaraq Bundestaqa düşüb. Seçki kampaniyası zamanı  "İslama Almaniyada yer yoxdur", "İslam Almaniyanın bir hissəsi deyil" və anti-islam şüarlardan istifadə edilib. Vaqner də bu kampaniyada aktiv iştirakçı olub və kilsə və dini icmalar üçün cavabdehlik daşıyıb. Qeyd edək ki, o, rus mənşəli bir almandır.


 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7979.html