إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Mədinədə ixtisaslaşdırılmış İslami muzey fəaliyyətə başlayıb

Səudiyyə Ərəbistanında “Darul-Mədinə” adlı ilk ixtisaslaşmış İslami muzey fəaliyyətə başlayıb.

Ahlibeyt.az-ın məlumatına görə, Maide.az  “islam.ru”-ya istinadən xərbər verir ki, muzeydə Həzrət Muhəmməd (s) peyğəmbərin həyatı, İslam mədəniyyəti və Mədina şəhər mədəniyyətinə  həsr olunmuş  ekspozisiyalar sərgilənir.

“Darul-Mədinə” muzeyinin icraçı direktoru Hasan Taher  fəaliyyətə başlayan bu muzeyi Peyğəmbərin həyatı, Mədinənin mədəni irsi, eləcə də əsas İslami hadisələrə həsr olunmuş ən böyük ixtisaslaşdırılmış muzey adlandırıb.

Sərgi fəaliyyəti ilə yanaşı, muzeydə Mədinə şəhərinin tarixi və görməli yerləri barədə braşuralar dərc, eləcədə  bu mövzuda seminarlar və forumlar təşkil edilir.

Həzrət Peyğəmbərin (s) həyatına həsr olunmuş zalda Mədinənin nadir rəsm və təsvirləri, eləcədə islam tarixi ilə əlaqədar eksponatların unikal kolleksiyası ilə tanış olmaq olar.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Yanvar, 2018  12:10 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!