
Səudiyyə Ərəbistanında “Darul-Mədinə” adlı ilk ixtisaslaşmış İslami muzey fəaliyyətə başlayıb.
Ahlibeyt.az-ın məlumatına görə, Maide.az “islam.ru”-ya istinadən xərbər verir ki, muzeydə Həzrət Muhəmməd (s) peyğəmbərin həyatı, İslam mədəniyyəti və Mədina şəhər mədəniyyətinə həsr olunmuş ekspozisiyalar sərgilənir.
“Darul-Mədinə” muzeyinin icraçı direktoru Hasan Taher fəaliyyətə başlayan bu muzeyi Peyğəmbərin həyatı, Mədinənin mədəni irsi, eləcə də əsas İslami hadisələrə həsr olunmuş ən böyük ixtisaslaşdırılmış muzey adlandırıb.
Sərgi fəaliyyəti ilə yanaşı, muzeydə Mədinə şəhərinin tarixi və görməli yerləri barədə braşuralar dərc, eləcədə bu mövzuda seminarlar və forumlar təşkil edilir.
Həzrət Peyğəmbərin (s) həyatına həsr olunmuş zalda Mədinənin nadir rəsm və təsvirləri, eləcədə islam tarixi ilə əlaqədar eksponatların unikal kolleksiyası ilə tanış olmaq olar.