إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bu gecə mübarək Şəban ayı daxil olur - Ayın fəzilət və əməlləri

Həzrəti Məhəmməd(s) "Hər kəs bu ayın bir gününü oruc tutsa, cənnət ona vacib olar"

Bu gecə - 10 Fevral məğrib azanı zamanı qəməri təqvimi ilə mübarək Şaban ayı daxil olur.

Şəban – qəməri təqvimin səkkizinci ayıdır. Hədislərdə bu mübarək ay Hz.Məhəmməd(s) ayı kimi qeyd olunur.

Peyğəmbər(s) buyurur: “Hər kim mənim ayımda bir gün olsa belə oruc tutsa, cənnət ona vacib olar”.

O Həzrət(s) bu ayı axıra kimi oruc tutar və oruclarına fasilə vermədən mübarək Ramazan ayının orucunu tutmağa başlayardı. Bu ayın əsas bəyənilən əməlinin oruc olması təsadüfi deyil. Şəban, özündən öncəki Rəcəb ayı kimi müqəddəs Ramazan ayına müqəddimədir. İlahi ziyafət və ibadət ayı sayılan Ramazan ayına mənəvi və fiziki baxımdan hazır olmaq üçün Allah Rəcəb və Şəban aylarında oruc tutub, bağışlanmaq diləməyi tövsiyə edir. Bu aylar bəndə üçün bir fürsətdir ki, Rəbbinin mübarək Ramazan ayında dəvətinə ləyaqətlə cavab verə bilsin.

Hz.Rəsuləllah(s) bu ay başlayandan Ramazan ayına qədər fasiləsiz hər gün oruc tutardı.  Hz.Əli(ə) buyurur ki, hər kim Allaha daha yaxın olmaq üçün, Peyğəmbəri(s) sevdiyini göstərmək üçün Şəban ayında oruc tutarsa, Allah onu Özünə yaxın edər.

İmam Səccad (ə) Şaban ayı daxil olduğu zaman  səhabələrini toplayar və onlara belə buyurardı- "Kim şaban ayını Rəsulullaha (s) olan sevgisindən ötəri və Allaha yaxınlaşmaq üçün oruc tutsa, Allah onu sevər, öz ikram və ucalığına yaxınlaşdırar və cənnəti ona vacib edər".

Ayın xüsusi günləri

- Şaban ayının 3-cü günü İmam Hüseyn (ə) dünyaya gəlib.

- Şaban ayının 4-ü Hz.Əbülfəzl-Abbasın (ə) doğum gününə təsadüf edir.

- Şaban ayıının 5-i İmam Zeynəlabidinin (ə) mövlud günüdür.

- Şaban ayıının 11-i İmam Hüseyn(ə)sevilmi evladı Kərbələ qəhrəmanı Həzrət Əli Əkbərin mübarək mövlud günüdür.

Bu ayın ən fəzilətli vaxtı  Şəban ayının 15-i - “Nimeyi-Şəban” bayramadır.

Şəban ayının 15-ci gecəsi və günü xüsusi ibadət vaxtıdır. Bu gecə Qədr gecəsindən sonra ən fəzilətli gecədir. Hədislərdə deyilir ki, Allah bu gecə edilən duaları qəbul edəcəyinə and içib. Bu gecə barəsində Peyğəmbər(s) Aişəyə belə buyurub: «… Bu gecə ruzilərin bölündüyü, əcəllərin yazıldığı və Həccə gedəcək insanların siyahısının müəyyənləşdiyi gecədir...»

Bu gecənin xüsusi hadisələrindən biri də 12-ci İmam hz.Mehdi(ə.f)nin doğum günüdür.

İmam Baqirdən(ə) bu gecənin fəziləti haqqında soruşulduqda o Həzrət(ə) belə buyurub: "Bu gecə qədr gecələrindən sonra ən fəzilətli gecədir. Allah-Taala bu gecədə bəndələrinə fəzl(və bərəkət) əta edir və onların günahlarını öz kəraməti ilə bağışlayır. Belə isə Allaha yaxınlaşma üçün çalışın. Allah-Taala öz müqəddəs Zatına and içib ki, bu gecə heç bir əli nə qədər ki, günah tələb etməyib, öz dərgahından boş qaytarmayacaqdır".

ŞƏBAN AYININ ƏMƏLLƏRİ

Seyyid ibn Tavus Allahın Rəsulundan (s) nəql etmişdir: «Şəban ayının ilk üç gününü oruc tutmağın və gecə Şəban ayının namazı niyyəti ilə 12 rəkət namaz qılmağın (hər rəkətdə «Həmd»dən sonra 11 dəfə «İxlas» surəsi deyilməlidir) hədsiz savabı vardır».

İmam Sadiq (ə) buyurmuşdur: «Şəban ayının ilk gününü oruc tutan şəxsə, behişt vacib olar»

«İqbal» kitabında bu gecə üçün çoxlu namazlar zikr olunmuşdur. Biz onlardan yalnız birini sizin nəzərinizə çatdırırıq: Bu namaz on iki rəkətdir. Onun hər rəkətində «Həmd»dən sonra on bir dəfə «İxlas» surəsi deyilməlidir.

Bu ayda həmçinin:

- mümkün qədər sədəqə vermək,

- çox sayda salavat demək,

- “əstəğfirullahə və ətubu iləyh” (استغفر الله و اتوب الیه) deyib Allahdan bağışlanmaq istəmək Şaban ayında Allahın bəyəndiyi əməllərdir.

- Hər gün 70 dəfə “Əstəğfirullahə və əs'əluh'ut-təvbə” (Tərcüməsi: Allahdan bağışlanma diləyirəm və ondan tövbəmi qəbul etməsini istəyirəm).

- Hər gün 70 dəfə - “Əstəğfirullahəlləzi la ilahə illa huvər-Rəhmanur-Rəhim, əl-Həyyul-Qəyym və ətubu iləyh” (استغفر الله الذی لا اله الا هو الرحمن الرحیم الحی القیوم و اتوب الیه) – deməklə Şaban ayında Allahdan bağışlanmaq diləmək, digər aylarla müqayisədə sanki 70 min dəfə istiğfar etməkdir.

Şaban ayı boyunca 1000 dəfə “La ilahə illəllahu və la nə'budu illa iyyahu muxlisinə ləhud-dinə və ləv kərihəl-muşrikun” (لا اله الا الله، لا نعبد الا ایاه، مخلصین له الدین و لو کره المشرکون) deyən mömin min ilin ibadətinin savabını qazanar.

Şəban ayında tövsiyyə olunan xüsusi hacət namazı

Şəban ayının hər cümə axşamı günləri (4-cü günləri) 2 rəkət namaz qılmaq. Namazın hər rəkətində «Həmd»dən sonra 100 dəfə «İxlas» surəsi, salamdan sonra isə 100 dəfə «salavat» deyilməlidir. Bu namazı qılan şəxsin Allah-Taala bütün dini və dünyəvi hacətlərini yerinə yetirər.

Həmçinin  bu ayın çümə axşamı günləri oruc tutmaq tövsiyyə olunub. Rəvayətlərdə qeyd olunub ki, mələklər Allah-Taaladan, Şəban ayının cümə axşamında oruc tutan şəxsin bağışlanmasını və dualarının müstəcəb olmasını istəyirlər.

Nəbəvi xəbərə əsasən, Şəban ayının bazar ertəsində və cümə axşamında oruc tutan şəxsin Allah-Taala 20 dünya və 20 axirət hacətini yerinə yetirər.

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Fevral, 2024  09:50 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!