إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

İmam Rzadan(ə) Şaban ayının son günləri ilə bağlı tövsiyyə...

Mübarək Şaban ayının bitməsinə və qarşıdan gələn Allahın ziyafət ayı olan mübarək Ramazan ayının gəlişinə hazırlaşırıq

Əba Səlt Hərsi nəql edir ki, Şəban ayının son cüməsi İmam Rza(ə)ın hüzuruna getdim.Həzrət buyurdu:

Ey Əba Səlt! Şaban ayının artıq çox günləri gəlib keçdi və bu cümə də ayın son cüməsidir.Bu qalan günlərdə etmədiyin xeyirli əməllərin tədarükünü gör; özünə faydalı olan əməlləri et və faydası olmayan əməlləri isə tərk et. Dua, istiğfar və Quran tilavətini çoxalt, -əziz və böyük- Allahın ilə ixlaslı olduğun halda günahlarından (əl götürüb) Allah tərəfə qayıt və tövbə et ki, bu Allah ayı da sənə tərəf gəlsin, boynunda olan hər hansı əmanəti saxlama və onu əda et. Həmçinin hər hansı bir möminə qarşı olan kini qəlbindən çıxart, etdiyin hər hansı bir günahdan əl götür və ondan uzaqlaş, Allahdan qorx, gizli və aşkar işlərində Allaha təvəkkül et, Allaha hər kim təvəkkül edərsə Allah ona kifayət edər, çünki Allah Öz işini həyata keçirir və hər bir şey üçün ölçü qərar verib. Ayın qalan günlərində bu zikri çox de:

اَللّهُمَّ اِنْ لَمْ تَكُنْ غَفَرْتَ لَنا فيما مَضى‏ مِنْ شَعْبانَ، فَاغْفِرْ لَنا فيما بَقِىَ مِنْهُ

Əllahummə illəm təkun ğəfərtə ləna fima məza min Şə'banə, fəğfir ləna fima bəqiyə minh

İlahi, əgər Şəban ayının keçən günlərində bizi bağışlamayıbsansa, o zaman, qalan günlərində bizi bağışla!

Mərhum Ayətullah Muctəba Tehrani İmam Rzadan (ə) nəql olunan bu hədisin şərhində buyurur:

"Bu son günlərdə dua, istiğfar və Quran tilavətini daha da artırmaq gərəkdir.Şaban ayının bu qədər bərəkəti var idi o günlərdən istifadə etməmisən, bəs o zaman gəl qalan günlərdən istifadə et, Şaban ayında müəyyən səbəblər üzündən etmədiyin əməllərin tədarükün gör. Allah Taala Şaban ayında ümmətinə xeyirlər paylayar,fikirləş gör bu ayda bu xeyirlərdən sənə nə qədər çatıb.

Bu hədisdə İmam buyurur ki, əgər qəlbində kiməsə qarşı ədavət varsa onu qəlbindən çıxart. Bunların hamısı batini baxımdandır. Buna görə də dostlara tövsiyə etmək istəyirdim ki, bu qalan anlarda qeyd olunan duanı çox zikr edin. Nə qədər ki,bu ay bitməlib zikri ardıcıl deyin, inşaallah Allah Taalnın inayəti ilə təmiz, pak bir qəlb ilə Ramazan ayına daxil olasız.

Ramzan ayı ziyafət ayıdır. Allah səni dəvət edib, gedib süfrə başında oturmaq istəyirsənsə,o zaman özünü təmizlə. İnsan qonaqlığa getmək istəyəndə nə edir, nə ilə məşğul olur? Özünü təmizləyir. Burada ev sahibi Allahdır və qonaq da onun bəndəsidir. Bəndə özünü təmizləməlidir.Təmizlənmək - Ruh və batinin təmizlənməsidir."

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Aprel, 2021  13:48 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!