|
• DünyadaABŞ prezidentindən qərar: “Qüds İsrailin paytaxtıdır”“Səfirliyimizi Tel-Əvivdən Qüdsə köçürmək barədə təlimat verdim” Ahlibeyt.az-ın Tass-a istinadən məlumatına görə,ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıması barədə qərarını elan edib. ABŞ prezidenti müraciət də bildirib ki,Qüdsü rəsmi olaraq İsrailin paytaxtı kimi tanımağın vaxtı çatıb: “Bu çoxdan qəbul edilməli olan qərardır. Məndən əvvəlki prezidentlər yalnız söz verirdilər. Səfirliyimizi Tel-Əvivdən Qüdsə köçürmək barədə təlimat verdim”. ABŞ Dövlət Departamenti isə diplomatlarına İsrail, Qüds və Fələstinə səfər etməməklə bağlı çağırış edib. Xatırladaq ki, Türkiyə, bir çox ərəb dövlətləri, həmçinin dünya ölkələri və beynəlxalq təşkilatlar Trampın qərarının vəziyyəti gərginləşdirəcəyi ilə bağlı xəbərdarlıq ediblər. Qeyd edək ki,işğal altında olan Qüdsdә yerləşən Əl-Əqsa məscidi müsәlmanların ilk qiblәsidir. Qüds müsәlmanlar üçün Məkkə vә Mədinədәn sonra üçüncü müqәddәs şәhәrdir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Dekabr, 2017 11:08 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |