7 Dekabr, 2017
ABŞ prezidentindən qərar: “Qüds İsrailin paytaxtıdır”

“Səfirliyimizi Tel-Əvivdən Qüdsə köçürmək barədə təlimat verdim”

Ahlibeyt.az-ın Tass-a istinadən məlumatına görə,ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıması barədə qərarını elan edib.

ABŞ prezidenti müraciət də bildirib ki,Qüdsü rəsmi olaraq İsrailin paytaxtı kimi tanımağın vaxtı çatıb:

“Bu çoxdan qəbul edilməli olan qərardır. Məndən əvvəlki prezidentlər yalnız söz verirdilər. Səfirliyimizi Tel-Əvivdən Qüdsə köçürmək barədə təlimat verdim”.

ABŞ Dövlət Departamenti isə diplomatlarına İsrail, Qüds və Fələstinə səfər etməməklə bağlı çağırış edib.

Xatırladaq ki, Türkiyə, bir çox ərəb dövlətləri, həmçinin dünya ölkələri və beynəlxalq təşkilatlar Trampın qərarının vəziyyəti gərginləşdirəcəyi ilə bağlı xəbərdarlıq ediblər.

Qeyd edək ki,işğal altında olan Qüdsdә yerləşən Əl-Əqsa məscidi müsәlmanların ilk qiblәsidir. Qüds müsәlmanlar üçün Məkkə vә Mədinədәn sonra üçüncü müqәddәs şәhәrdir.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7769.html