|
• DünyadaMisirin tanınmış Quran qarisi Fərəcullah Şazli dünyasını dəyişdiQahirənin "əl-Cəla" xəstəxanasında vəfat etmiş Misirin tanınmış Quran qarisi mərhum Fərəcullah Şazlinin cənazəsi izdihamı şəkildə dəfn edilib. Ahlibeyt.az-ın iqna-ya istinadən məlumatına görə, 5 İyun 2017-ci il tarixində, Qahirənin "əl-Cəla" xəstəxanasında vəfat etmiş Misirin tanınmış Quran qarisi mərhum Fərəcullah Şazli Misir vətəndaşlarının izdihamlı iştirakı ilə anadan olduğu Büheyrə əyalətinin Ərmaniya kəndində dəfn edilib. Tanınmış Quran qarisi mərhum Fərəcullah Şazli 1948-ci ildə Misirin Büheyrə əyalətinin Ərmaniya kəndində anadan olmuşdur.O, səkkiz yaşında olarkən Quran- Kərimi əzbərləmiş və Quranın 10 məşhur qiraətinə yiyələnmişdir. F.Şazli 1971-ci ildə Misirin Qiraət Mərkəzinə daxil olaraq Quran qiraəti üzrə ixtisas təlimlərini 1979-cu ildə başa vurmuş,təhsilini Əl-Əzhərin "İslam və Ərəb Tarixi" insititutunda davam etdirmişdir. 1997-ci ildə Ərəb dili ədəbiyyatı üzrə təhslini təkmilləşdirərək magistratura və doktrantura pillələrində təhsilini uğurla bitirmişdir. F.Şazli Əl-Əzhərin azançısı, Misir qarilər birliyinin baş katibi, Misir televiziya və radisonun qarisi vəzifələrində çalışmışdır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 İyun, 2017 11:16 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |