7 İyun, 2017
Misirin tanınmış Quran qarisi Fərəcullah Şazli dünyasını dəyişdi

Qahirənin "əl-Cəla" xəstəxanasında vəfat etmiş Misirin tanınmış Quran qarisi mərhum Fərəcullah Şazlinin cənazəsi izdihamı şəkildə dəfn edilib.

Ahlibeyt.az-ın iqna-ya istinadən məlumatına görə, 5 İyun 2017-ci il tarixində, Qahirənin "əl-Cəla" xəstəxanasında vəfat etmiş Misirin tanınmış Quran qarisi mərhum Fərəcullah Şazli Misir vətəndaşlarının izdihamlı iştirakı ilə anadan olduğu Büheyrə əyalətinin Ərmaniya kəndində dəfn edilib.

Tanınmış Quran qarisi mərhum Fərəcullah Şazli 1948-ci ildə Misirin Büheyrə əyalətinin Ərmaniya kəndində anadan olmuşdur.O, səkkiz yaşında olarkən Quran- Kərimi əzbərləmiş  və Quranın 10 məşhur qiraətinə yiyələnmişdir.

F.Şazli 1971-ci ildə Misirin Qiraət Mərkəzinə daxil olaraq Quran qiraəti üzrə ixtisas təlimlərini 1979-cu ildə başa vurmuş,təhsilini  Əl-Əzhərin "İslam və Ərəb Tarixi" insititutunda davam etdirmişdir.

1997-ci ildə Ərəb dili ədəbiyyatı üzrə təhslini təkmilləşdirərək magistratura və doktrantura pillələrində təhsilini uğurla bitirmişdir.

F.Şazli Əl-Əzhərin azançısı, Misir qarilər birliyinin baş katibi, Misir televiziya və radisonun qarisi vəzifələrində çalışmışdır.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6978.html