|
• DünyadaBelçikada halal ət kəsimi qadağan edilə bilərBelçika parlamentində halal ət kəsiminin qadağan edilməsi ilə bağlı müzakirələr aparılır. Ahlibeyt.az-ın maide.az istinadən verdiyi xəbərə görə, "Tribune"agentliyinin məlumatında bildirilir ki, qoyun və mal ətinin islami qaydalara əsasən kəsiminin qadağan olunma məsələsi artıq ölkə parlamentində müzakirə olunur. Bu qanunu Belçikanın Valloniya bölgə parlamenti gündəmə gətirib. Parlament üzvləri bu qərarı heyvanlara qarşı şiddətin aradan qaldırılması məqsədilə verdiklərini bildirib. Qərarın 2019-cu ilin sentyabrında qəbul olunması gözlənilir. Qərar yalnız ölkədə yaşayan müsəlmanlara deyil, eyni zamanda yəhudilərə də aid ediləcək. Avropa Yəhudilər Konqresi bu qərarı kəskin tənqid edib. Avropa Birliyinin mərkəzində belə bir qərarın verilməsi çox təhlükəli bir mesajdır. Qeyd edək ki, bundan öncə Yeni Zelandiya, İsveçrə və Danimarkada halal kəsimi qadağan edən oxşar qanunlar qəbul olunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 May, 2017 12:53 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |