9 May, 2017
Belçikada halal ət kəsimi qadağan edilə bilər

Belçika parlamentində halal ət kəsiminin qadağan edilməsi ilə bağlı müzakirələr aparılır.

Ahlibeyt.az-ın maide.az istinadən verdiyi xəbərə görə, "Tribune"agentliyinin məlumatında bildirilir ki, qoyun və mal ətinin islami qaydalara əsasən kəsiminin qadağan olunma məsələsi artıq ölkə parlamentində müzakirə olunur. Bu qanunu Belçikanın Valloniya bölgə parlamenti gündəmə gətirib.

Parlament üzvləri bu qərarı heyvanlara qarşı şiddətin aradan qaldırılması məqsədilə verdiklərini bildirib. Qərarın 2019-cu ilin sentyabrında qəbul olunması gözlənilir.

Qərar yalnız ölkədə yaşayan müsəlmanlara deyil, eyni zamanda yəhudilərə də aid ediləcək.

Avropa Yəhudilər Konqresi bu qərarı kəskin tənqid edib. Avropa Birliyinin mərkəzində belə bir qərarın verilməsi çox təhlükəli bir mesajdır.

Qeyd edək ki, bundan öncə Yeni Zelandiya, İsveçrə və Danimarkada halal kəsimi qadağan edən oxşar qanunlar qəbul olunub.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6774.html