إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Şahindoxt Molaverdi: “Azərbaycanla İran arasında ailə və qadın məsələləri üzrə əməkdaşlığa dair müqavilə hazırdır”

“Azərbaycanla İran arasında ailə və qadın məsələləri üzrə əməkdaşlığa dair icra edici müqavilə (icra olunacaq proqram sənədi) hazırdır”.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bunu APA-nın Tehran bürosuna İran İslam Respublikası prezidentinin qadın və ailə məsələləri üzrə müavini xanım Şahindoxt Molaverdi deyib. O bildirib ki, hazırda sənədin imzalanması üçün əlverişli şərait gözləyirlər.

Ş. Molaverdi Azərbaycanla İran arasında bu sahədə əməkdaşlıq haqqında memorandumun mövcud olduğunu xatırladıb: “Memorandumun icrası ilə bağlı müqavilə imzalandıqdan sonra  əməkdaşlıq geniş vüsət alacaq. Müqavilədə elmi heyətlərin, sahibkarların qarşılıqlı səfəri, iki ölkənin qadınlarının iştirakı ilə müştərək seminarların təşkili nəzərdə tutulub”.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Aprel, 2017  12:02 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!