
“Azərbaycanla İran arasında ailə və qadın məsələləri üzrə əməkdaşlığa dair icra edici müqavilə (icra olunacaq proqram sənədi) hazırdır”.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bunu APA-nın Tehran bürosuna İran İslam Respublikası prezidentinin qadın və ailə məsələləri üzrə müavini xanım Şahindoxt Molaverdi deyib. O bildirib ki, hazırda sənədin imzalanması üçün əlverişli şərait gözləyirlər.
Ş. Molaverdi Azərbaycanla İran arasında bu sahədə əməkdaşlıq haqqında memorandumun mövcud olduğunu xatırladıb: “Memorandumun icrası ilə bağlı müqavilə imzalandıqdan sonra əməkdaşlıq geniş vüsət alacaq. Müqavilədə elmi heyətlərin, sahibkarların qarşılıqlı səfəri, iki ölkənin qadınlarının iştirakı ilə müştərək seminarların təşkili nəzərdə tutulub”.